Dünyaİqtisadiyyat

Tramp 82 milyon dollar dəyərində istiqraz alıb, investisiyaların siyahısı açıqlanıb

Donald Tramp avqustun sonundan oktyabrın əvvəlində qədər ən azı 82 milyon dollar dəyərində müxtəlif növ istiqrazlar alıb.

Açıqlanan sənədlər göstərir ki, o, bu dövrdə 175-dən çox əməliyyat həyata keçirib və ümumi potensial alış həcmi 337 milyon dolları keçə bilər.

Alışlar həm bələdiyyə və məktəb rayonlarına məxsus istiqrazları, həm də iri korporasiyalara aid qiymətli kağızları əhatə edir.

Məlumatlar “Etika Xidmətində” qanununa uyğun olaraq ABŞ Hökumət Etika İdarəsi tərəfindən dərc olunub. Sənədlər Trampın avqustun 28-dən oktyabrın 2-nə qədər etdiyi bütün istiqraz əməliyyatlarını özündə cəmləşdirir.

Administrasiya bildirir ki, Trampın investisiya portfeli müstəqil maliyyə meneceri tərəfindən idarə olunur və Trampın özü və ailəsi bu qərarlara bilavasitə müdaxilə etmir.

Açıqlamalara əsasən, Trampın aldığı korporativ istiqrazlar arasında “Broadcom”, “Qualcomm”, “Meta Platforms”, “The Home Depot”, “CVS Health”, eləcə də “Goldman Sachs”, “Morgan Stanley” və “JPMorgan Chase” kimi iri şirkətlərin qiymətli kağızları yer alır. Bundan başqa, alışlar arasında ABŞ hökumətinin payı olan “Intel Corporation” şirkətinin istiqrazları da var. (Valyuta.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Tailandda qadın siyasətçi seçicilərə verdiyi qeyri-adi vədi yerinə yetirdi- Ziyarətgahda çılpaq rəqs etdi

redaktor

Almaniya Ukraynada uzaqmənzilli dron istehsalına maliyyə ayıracaq

redaktor

Türkiyə razılaşma şərtini pozdu – Kreml

admin