CəmiyyətŞikayət

Qobuda 11 nömrəli bağçada körpələr ac qalır… – Valideynlərdən ərzaq tələb olunur?

Mətbuata daxil olan məlumatlara görə, bağçaya dövlət tərəfindən ayrılan ərzaq məhsulları müntəzəm olaraq mənimsənilir. Şikayətçilərin bildirdiyinə görə, Kəmalə Nəcəfova adıçəkilən ərzaqları şəxsi avtomobilinə yığaraq satış məqsədilə Bakıda yerləşən bazarlara aparır.

Nəticədə, gündəlik uşaqların qidalanması üçün nəzərdə tutulan məhsullar azaldığından, bir çox hallarda körpələr ac qalır. Bəzi valideynlər isə övladlarının aclıq çəkməməsi üçün əlavə olaraq öz vəsaitləri hesabına ərzaq yardımı etməyə məcbur qalırlar.

Valideynlərin dediyinə görə, bu hal yeni deyil və uzun müddətdir davam edir. Aidiyyəti qurumların bu iddialara reaksiya verməməsi isə narazılığı daha da artırır. Qobu sakinləri və şikayətçi valideynlər Abşeron–Xızı Regional Təhsil İdarəsindən bağçada təcili yoxlamalar aparılmasını, ərzaq təchizatı və istifadəsinə dair hesabatların təqdim olunmasını tələb edirlər.

Qeyd edək ki, sözügedən iddialarla bağlı Kəmalə Nəcəfovanın və Abşeron–Xızı Regional Təhsil İdarəsinin də mövqeyini dərc etməyə hazırıq.(Bakunews.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Plastik cərrahlara saxta yolla sertifikat verilməsi ilə bağlı araşdırma aparılır

redaktor

Ağadadaş Ağayevin balta atması nəticəsində xəsarət alan xadimə Mübariz Mənsimovun əmisi qızıdır

redaktor

Sabiq rəislə bağlı şok faktlar… – Həbsi olunma ehtimalı artır.

admin