10 C
Bakı
23 Aprel 2026 05:19
DünyaSiyasət

“Priqojin sağdır və Afrikada işləyir” – Sensasion İDDİA

“Vaqner” özəl hərbi şirkətinin keçmiş döyüşçüsü “Yağa” ləqəbli şəxs sensasion iddia ilə çıxış edib.

Onun sözlərinə görə, 2023-cü ildə Tver vilayətində baş verən təyyarə qəzasında öldüyü bildirilən Yevgeni Priqojin əslində sağ qalıb və hazırda Afrikada Rusiya adından fəaliyyət göstərir.

Döyüşçü bildirib ki, Priqojin yerli tərəfdaşlarla əlaqələri davam etdirir və regionda Moskvanın mövcudluğu ilə bağlı məsələləri həll edir.

Xatırladaq ki, 23 avqust 2023-cü ildə Priqojinin olduğu şəxsi təyyarə qəzaya uğramış, genetik ekspertiza onun ölümünü təsdiqləmişdi. Lakin Priqojinin dəfələrlə öz ölümünü saxtalaşdırdığı barədə yayılan əvvəlki məlumatlar bu iddiaların yenidən gündəmə gəlməsinə səbəb olub.(Milli.Az)

 

Tacxeber.com

Oxşar xəbərlər

“Mənim 100 uşağım var” – “Telegram”ın qurucusu

redaktor

Ərdoğan 26 il əvvəl niyə həbs edilmişdi?

redaktor

Politoloq: “Azərbaycan bütün dünyaya müasir müharibənin necə aparıldığını göstərdi”

redaktor