Deməli, mənim pasportumun etibarlılıq müddəti sentyabrın sonu qurtarırdı. Amerikadan qayıdan kimi, sentyabrın dördü getmişəm Parisdə səfirliyə, işgüzar qaydada sənədlərimi təqdim etmişəm, barmağ izi götürüblər, şəklimi çəkiblər. Sonda da deyiblər ki, bəs bir aya, ay yarıma hazır olacaq.
Təxminən 20 gün-filan sonra mənə məktub gəldi ki, bəs Nəsimi rayon polis idarəsi məhdudiyyət qoyub, pasport verilməkdən imtina edilir.
Səhər zəng elədim polisə ki, nə məsələdir. Əvvəl dedilər ki, bəs cinayət işi-filan açılıb. Sonra dedilər ki, yuxarılarla danışaq, xəbər edəcəyik. Bir neçə saatdan sonra zəng edib, dedilər ki, bəs Altay müəllim, get bir də müraciət et, məhdudiyyəti götürəcəyik.
Səfərim var idi, növbəti həftə gedə bilmədim. Poiis bir də zəng etdi ki, bəs getdin? Dedim, yox səfərim var idi, amma narahat olma, gedəcəm.
Burada da universitetdə kolleqalar normal ölkədə yaşayırlar, məndən qat-qat çox narahatdırlar, mənə deyirlər ki, bəs biz də gedək səfirliyə. Deyirəm, narahat olmayın, bəs Səudiyyə səviyyəsində deyil məsələ.
Nə isə, internetlə gün götürdüm, bu dəfə səfirlik zəng etdi ki, bəs Altaty bəy, gəlməyin, Bakıya sorğu göndərmişik, cavab gələndə, zəng edəcəyik.
Tak çto tilvizırda dediyiniz pasportun etibarlılıq müddəti siz də bilirsiniz ki, bitib, təzəsini də vermədiniz. Həm çağırırsınız, həm də pasport vermirsiniz.
