DünyaSiyasət

Gürcüstan səmasındakı C-130 qəzası – kölgədə qalan suallar

Türkiyəyə məxsus C-130 hərbi-yük təyyarəsinin Gürcüstandakı faciəvi qəzası barəsində kim nə tapşırıqla, nə məqsədlə yazırsa yazsın, deyirsə desin və yaxud kimsə mənim fikrimi bəyənir ya bəyənməsin ya bu statusun yayımı əngəllənsin, bu barədə öz şəxsi qənaətimi yenə açıq deyim:

bu ağır faciəvi qəza hadisəsində, Rusiya tərəfin Bakıda, Ərdoğanın da iştirakı ilə keçirilən zəfər paradına qarşı hikkə və qisas motivli təxribatlı xüsusi əməliyyatını istisna etmək olmaz. Əsas da bunun üçün Kremlin Gürcüstandakı canişini İvanişvilinin imkanlarından yararlana bilməsilə.

Bu hadisənin də “hirs, hikkə, qisas, xəbərdarlıq” əsaslı törənmə motivi AZAL sərnişin  təyyarəsi faciəsininki ilə oxşardır. Bu işin təşkili isə “Buk” tipli yer-hava raketinin, öncə Ukrayna ərazisinə gətirilmə, Malayziya “Boeing” sərnişin uçağının vurulmsı və dərhal raket kompleksinin ərazidən çıxarılma metodu ilə oxşar ola bilir. Və zərbəyə görə pilotların siqnal ötürmə macalı olmaması.

Təyyarəyə Azərbaycandakı hava limanında 24 saat nəzarət altında partlayıcı maddə keçirmə və onun üzərində işləyib, quraşdırma mümkün görünmür. Bunu edən (yəqin, Rusiya) partlayış mexanizmini niyə Azərbaycanın, ya Türkiyənin yox, hakimiyyətilə sıx yaxın olduğu Gürcüstan səması üzərində qurub onu ittihamlara salsın? Niyə, partlayışı, 30 dəq. zamana qursun, uçuş 35-40 dəqiqə geciksə, təyyarə hava limanında partlayacaqmış? Onda, bu nə əməliyyat oldu?

Texniki nasazlığa görə, yaxud yükün çox olma (F-16 kiçik ehtiyat hissələri neçə ton ola bilər?) səbəbi ilə böyük bir quyruq hissənin (hələ pilot hissənin də, deyilir) qopması az güman edilən haldir. Görək Türkiyə tərəf bu cür, səhlənkarlıq kimi fikiri, ağır ittihamı doğru hesab edəcəkmi? Bu fikirlər özü, elə konspirasiyaya çox oxşayır.

Hər halda, Türkiyə, Azərbaycan və Gürcüstan mütəxəssislərinin Türkiyədə apardıqları ciddi araşdırma görək məsələyə nə aydınlıq gətirir. Ancaq, fikrimcə gərək həmin C-130 Herkules təyyarəni istehsal edən ABŞ kampaniyasının mütəxəssisləri bu araşdırmaya cəlb ediləydi.

 

İlqar Altay

Tacxeber.com

Oxşar xəbərlər

Dünyanın gözü İstanbulda: Zelenski-Ərdoğan görüşü

redaktor

Rusiya Xəzərdən Ukraynaya raket atdı

redaktor

Ukraynanın Madriddəki səfirliyinin binası mühasirəyə alınıb

redaktor