“Mən gördüm ki, Fransa Qələbə Gününü bayram edir, lakin biz bunu etmirik. Sonra gördüm ki, Fransa İkinci Dünya Müharibəsində daha bir Qələbə Gününü bayram edir. Digər ölkələr də bayram edirlər. Onlar hamısı bayram edir.
Müharibələrdə qalib gələn isə bizik. Və mən dedim ki, bundan sonra biz I və II Dünya müharibələrində Qələbə Günümüzü qeyd edəcəyik. Biz çoxlu başqa müharibələrdə də Qələbəmizi bayram edə bilərdik, amma hələlik bu ikisindən başlayaq. Bəlkə kimsə nə vaxtsa daha bir neçəsini əlavə edər, çünki biz, düzünü desək, qalanlarında da yaxşı qələbələr qazanmışıq. Lakin başqa ölkələrin Qələbə Gününü necə etdiyini etdiyini görəndə… mən bunlara baxdım, mən Britaniyaya baxdım, mən Rusiyaya baxdım. Onlar II Dünya müharibəsində Qələbə Gününü bayram edirdilər…
Bizdə Qələbə Günü olmalıdır! Bizim ölkəmizdə heç kim bu haqda heç danışmayıb da. Lakin bu andan biz I və II Dünya müharibələrində, düzü, bütün qalanlarında da Qələbə Gününü bayram edəcəyik!”
