CəmiyyətGündəm

14 il deputat olub, indi icra başçısıdır.

Azərbaycanda deputat mandatını icra başçısı postuna dəyişən məmurlardan biri də Rüstəm Xəlilovdur.

Rüstəm Xəlilov 1958-ci il iyunun 1-də Sabirabad rayonunun Hacıbəbir kəndində anadan olub. O, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun Aqronomluq fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib. Rüstəm Xəlilov 2005-ci ildə 64 saylı Sabirabad ikinci seçki dairəsindən Milli Məclisin üzvü seçilib. Onun deputat karyerası 14 il davam edib.

Prezident İlham Əliyevin sərəncamı ilə 2019-cu ilin dekabrında Rüstəm Xəlilov Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Beş il sonra isə vəzifəsindən azad edilərək Salyan Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Rüstəm Xəlilov 17 sentyabr 2024-cü ildən Salyan Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

Digər icra başçılarından fərqli olaraq Xəlilovun adı heç vaxt qalmaqallarda hallanmayıb. O, mətbuatla əməkdaşlığa həvəssiz yanaşan icra başçısı kimi tanınır.(Mətbuat.az)

Tacxeber.com

Oxşar xəbərlər

Dağıntılar altında qalan gənc “son video”sunu və afterşokları çəkdi – VİDEO

redaktor

Sosial şəbəkələrin cinayətlərin artmasındakı ROLU – TƏHLİL

redaktor

Hafiz Hacıyev bəzi məmurlar haqda: “Kimin gözü kimin arvadına düşürsə, aparıb məcbur…”

admin