CəmiyyətGündəmŞikayət

Lombardda sirli itki: vətəndaşın 20 minlik qızılı yoxa çıxıb.

Tacxeber.com xəbər verir ki, Xüsusi.Tv-ə müraciət edən Esmira İsmayılova bildirir ki, 2024-cü il dekabrın 20-də Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsində yerləşən lombarda qızıl qoyaraq 5 500 AZN məbləğində pul alıb.

Vətəndaş qeyd edir ki, 2025-ci il noyabrın 3-də lombarda qızıllarını götürmək istədikdə idarəçilər bildiriblər ki, obyekt silahlı basqına məruz qalıb və qızıllar itkin düşüb.

Məsələ ilə bağlı Esmira İsmayılova qeyd edib ki, lombardda ona qarşı kobud davranış nümayiş etdirilib. Qeyd olunur ki, kobud davranan şəxs lombard rəhbərinin həyat yoldaşı Vüsalə Zərbəliyevadır.

Redaksiyamız məsələ ilə bağlı lombardın rəhbəri ilə əlaqə saxlayıb. Rəhbər bildirib ki, “biz sizin jurnalist fəaliyyətinizə qarışa bilmərik, siz işinizi görürsünüz, sadəcə bizim hüquqşunas yaşlı kişidir, xahiş edirəm onunla əlaqə saxlayın.” Redaksiyamız hüquqşunasla əlaqə saxlayıb, lakin o, məsələdən xəbərsiz olduğunu bildirib.

Esmira İsmayılova məsələ ilə bağlı 102 qaynar xəttinə müraciət edib, 8-ci polis bölməsinə dəvət olunub və rəsmi ərizə yazıb. Lakin araşdırma zamanı lombarda silahlı basqın baş verdiyi barədə rəsmi məlumatın olmadığı üzə çıxıb.

Vətəndaşın sözlərinə görə, lombarda qoyduğu qızılların ümumi dəyəri 20 000 manatdan çox olub və aldığı 5 500 AZN məbləği vaxtında geri qaytarıb. Buna baxmayaraq, hazırda lombard tərəfindən qızıllarının “oğurlanmış” kimi göstərildiyi bildirilir.

Vətəndaş Səbail Rayon Prokurorluğuna və 8-ci Polis Bölməsinə müraciət edib. Məsələ diqqətdə saxlanılır və araşdırmanın nəticələri izləniləcək.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ölkə futboluÇak-çuk… Qriqorçuk…

admin

Qumbara gəzdirən, başındakı qəlpəni çıxartmaq üçün saçlarını kəsdirən Xalq artisti – Maraqlı Faktlar

redaktor

Rus ordusu təhlükədə: Kurskda mühasirəyə az qalıb

admin