DünyaQalmaqalSiyasət

ABŞ-da nəhəng qalmaqal:”Epşteyn faylları” açıqlanmağa başlayır. Epşteyn Trampı “it” adlandırır.

Biz artıq yazmışdıq ki, Nümayəndələr Palatasının spikeri Mayk Conson davamlı şəkildə N/P-ni tətilə göndərirdi və bu səbəbsiz deyil idi. Əsas səbəb demokratların “Epşteyn faylları”nın açıqlanmasına görə “discharge petition” adlı proseduru başlanması idi və prosedurun işə düşməsi üçün 218-ci səs çatmırdı, bu səs də yeni seçilmiş konqresvumen Adelita Qrijalvadan gəlməliydi. Qrijalva təzəlikcə Konqresə seçildi və andiçmə mərasimini gözləyirdi, Conson isə andiçməni keçirməmək üçün banal olaraq N/P-ni bütövlükdə tətilə göndərdi.

Amma bu sonsuz davam edə bilməzdi. ABŞ öz tarixində ən uzun müddətli şatdaun yaşadı-41 gün. 11 noyabrda Senat 60-40 səs nisbətilə şatdaunu dayandırılması üçün səs verdi…Və…

Və indi N/P təcili olaraq məcburi qaydada tətillərdən qayıdıb şatdaunun dayandırılması üçün müvəqqəti büdcəyə səs verməlidir. N/P-də isə Mayk Consonu səbirsizliklə Adelita Qrijalva gözləyir…

Və başlandı. Bu gün bəzi “Epşteyn faylları” açıqlandı və bəlli oldu ki, Tramp bir qızla Epşteynin evində bir neçə saat vaxt keçirmişdi.

Açıqlanan məktublarda Epşteynin Tramp haqda dediyi bir ifadə diqqət çəkir:”Tramp, hələ hürməyə başlamayan itdir”.

Digər bir məsələ də diqqət çəkdi, Epşteyn Trampı 2015 ildə seçki kampaniyası zamanı şantaj etmək fikrində idi.

Hələ ki bu qədər, amma bu sadəcə başlanğıcdır…

 

Kamran Cəfərov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

ŞOK GƏLİŞMƏ: Tramp Makronun intim həyatı ilə bağlı “gizli məlumatlarla” öyünüb

admin

İsrail Ermənistan səfirini qovmağa hazırlaşır?

redaktor

Selçuk Bayraktar “Forbes”in ən varlı adamları siyahısına düşdü

redaktor