DünyaHadisə

Türkiyə hərbi təyyarəsinin şəhid ekipaj üzvlərinin FOTOLARI YAYILDI

Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus “C130” tipli hərbi-nəqliyyat təyyarəsində olan bütün heyət üzvləri şəhid olub.

Daha əvvəl bildirildiyi kimi, təyyarədə ümumilikdə 20 hərbçi var idi və onların hamısının həyatını itirdiyi rəsmi şəkildə təsdiqlənib.

Təyyarə hərbiAzərbaycandan Türkiyəyə dönərkən Gürcüstanın dağlıq bölgəsində qəzaya uğrayıb. Axtarış-xilasetmə qrupları çətin relyef və hava şəraitinə baxmayaraq hadisə yerinə çatıb və təyyarənin qalıqlarını aşkarlayıb. Cəsədlərin Türkiyəyə gətirilməsi ilə bağlı proses davam etdirilir.

Bu arada, sosial şəbəkələrin – xüsusilə də “X” platformasının Türkiyə seqmentində – şəhid heyət üzvlərinin fotoları yayılmağa başlayıb. Hadisə Türkiyəni və Azərbaycanı yasa boğub.

Rəsmi dairələr şəhidlərin tam siyahısının və bioqrafik məlumatlarının yaxın saatlarda açıqlanacağını bildirir. Hazırda həm qəzaya səbəb olan texniki və ya hava amillərinin araşdırılması, həm də hadisə ilə bağlı rəsmi ekspertizalar davam edir.

Türkiyədə hadisə ilə bağlı 1 günlük milli matəm elan olunacağı gözlənilir. Dövlət rəhbərliyi şəhidlərin ailələrinə dəstək göstəriləcəyini açıqlayıb.(Musavat.com)

Oxşar xəbərlər

“Qarabağ ermənilərinin Azərbaycana qayıtması qeyri-realdır və sülh üçün təhlükəlidir” – Paşinyan

redaktor

Kelloq: Putin Ukraynada qələbə qazana bilməyəcəyini anlayır

redaktor

Ukrayna NATO ölkələri ilə birlikdə ağır silah və hərbi texnika istehsal edəcək

redaktor