8 Noyabr 44 günlük savaşın Beşinci ildönümü ilə əlaqədar keçirilən hərbi paraddan sonra, Pakistan İslam Respublikasının Baş Naziri Şahbaz Şərif ölkəsinə dönər-dönməz bir neçə terror hadisəsi baş verdi.Onlarla günahsız insan hadisənin qurbanı oldu.
Cəmi üç gün sonra isə, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 yük təyyarəsi qəzaya uğradı.
Təyyarənin qara qutusu oxunmasa da, ilkin ehtimala görə təxribatın qurbanı ola bilər.
Gəncə şəhər Hava Limanında texniki baxışdan keçən C-130 hərbi nəqliyyat təyyarəsində heçbir nasazlıq olmayıb, uçuş standartlarına uyğunluğuna əmin olduqdan sonra havaya qalxıb.Hava Limanının kamera görüntüləri də artıq incələnir.İlkin məlumatlar da təsdiq edir ki, təyyarədə heçbir partlayıcı qurğu olmayıb.
Yaxın üç gün ərzində həm Pakistanda baş verən terakt , həm də bu günki təyyarə qəzası arasında uyğun məntiq axtarsaq, bu nəyə mesaj ola bilər ?
Axı hərbi paradda həm Türkiyə, həm Pakistan Azərbaycanın yanında olduğunu bir daha nümayiş elətdirdi və dünyaya mesaj yolladı.
Bəs o zaman bu mesaj kimlərin, hansı qüvvələrin xoşuna gəlmədi ?
Regionumuzda baş verən son hadisələrə nəzər yetirsək, Şimal qonşumuzun narahatçılığını ciddiyə almaq olarmı ?
Pakistanda baş verən teraktda Əfqanıstanın Taliban hökumətinə bağlı qruplaşmaları günahlandırmaq olar.
O Taliban ki, ən yaxın keçmişdə ABŞ ən müasir silah və texnikanı təhvil verib çıxdı.
Pakistan uzun illərdir Çin ilə hər sahədə əməkdaşlıq edir və olduqca isti münasibətləri var.
Son olaraq Pakistan-Hindistan toqquşmasında Çin silahları birinciləri müvəqqəti qalib tərəf etdi.
Deməli Çinlə rəqabətdə olan ABŞ Talibana bağlı qruplaşmaların əli ilə terakt törədərək kiçik mesaj yolladı.
Bu mesajla ABŞ Hindistanın yanında olduğunu bir daha bəyan etdi.
Əfqanıstanla Pakistanın toqquşması baş verdikdə sadə insanlar müsəlman ölkələrinin bir-biri ilə niyə toqquşduğunu təəssüf hissi ilə qınadı.
Lakin, hadisələrin və gedən proseslərin siyasi tərəflərinə daha çox diqqət yetirilməli olduğunu unutmaq olmaz.
Bu gün Rusiya Ukrayna savaşında o qədər acınacaqlı durumdadır ki, istəsə də Türkiyəyə qarşı təxribata əl atmaq iqtidarında deyil.
Hərbi təyyarənin Gürcüstan ərazisində vurulması isə, Ukrayna dronlarını bəhanə gətirməyə əsas vermir.
Rusiya Türkiyə ilə niyə əlavə problem yaşasın ki?
İran kəşfiyyatı isə buna cəsarət etməz.İranın başı İsraillə müharibənin üçüncü raundunun hazırlığına qarışıb.
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin partladılmasında əli olan bir ölkə qalır.Daha doğrusu İsraildə iqtidarda olan Netanyahu hakimiyyəti.
İsrailli yetkililərin və vətəndaşların qarşı olduğu Benyamin Netanyahu hakimiyyəti bir neçə ay əvvəl,Qəzzada törətdiyi qırğınlardan əlavə, həm Livana, həm Yəmənə , həm İrana , həm də Qətərə hücumlar təşkil etmədimi ?
Kim qarantiya verə bilər ki, Benyamin Netanyahu Türkiyəyə də eyni addımı atmasın?
Doğrudur ki, İsrail Ordusu birbaşa Türkiyə ilə müharibəyə girməyə cəsarət etməz.
Necə ki, Rus səfir Andrey Korlovun öldürülməsi və təyyarə probleminin yaradılması, uzun müddət Türk-Rus gərginliyi yaşatmışdır.
Sonradan isə məlum oldu ki, bu işin başında ABŞ-İsrail işbirliyi dayanır.
Bir neçə gün əvvəli xatırlayın.
Türkiyə Benyamin Netanyahunun həbsinə order vermişdi.
Məntiqi ardıcıllığa əsaslansaq, həqiqətən hərbi təyyarə texniki nasazlığa görə deyil, partladılaraq və ya vurularaq yerə düşürülməsində(Və yaxud …. ? ) birbaşa Netanyahu hakimiyyətinin izlərini görmüş olarıq.
C-130 Hercules hərbi nəqliyyat təyyarəsi ABŞ istehsalıdır.
71 il istismarda olan təyyarə ən sonuncu dəfə 2020-ci ildə modernizə edilib.
O da məlumdur ki, ABŞ istehsalı olan silah və texnika İsrail dövlətini düşmən kimi deyil, dost kimi tanıyır.
Təyyarənin dərhal radarlardan itməsi, qəzaya uğramazdan öncə partladıcı və ya xarici təsir (Vurulması) vasitəsi ilə sıradan çıxarılmasını inandırıcı versiya kimi ortadan qaldırır.
Əgər təyyarədə hər hansı deşik, dəlik və ya digər partlayıcı izləri yoxdursa, deməli elektron cihazların qəfil kənardan müdaxilə ilə söndürülməsi nəticəsində qəzaya uğradılması ən optimal versiyadır.
Bütün dünya ölkələrinə satılan ABŞ istehsalı hərbi texnikalar özünə və 51-ci ştatı olan İsrail dövlətinə qarşı işlədilərsə(və ya qisas məqsədi ilə qəfil addım atıldıqda) , elektron sistemlər dərhal deaktiv edilir.
Hərbir halda Türkiyə və Azərbaycan Xüsusi Xidmət Orqanları hadisənin hansı səbəbdən baş verdiyini daha dəqiq araşdırıb, nəticə əldə edəcəklər.
İctimaiyyətə təyyarə qəzası ilə bağlı dəqiq və detallı məlumatın verilməsi Türkiyə hökumətini riskə atacaqsa, açıqlamanın verilməsi gözlənilən deyil.
Yaxud, tam fərqli versiya irəli sürülərək riskdən yayınma baş verəcək.
