DünyaQalmaqalSiyasət

Müəmmalı aviaqəza

Gürcüstan-Azərbaycan sərhədində qəzaya düşən Türkiyənin C-130 Hercules təyyarəsində heyət üzvləri də daxil olmaqla 20 hərbçi olub.

Gürcüstanın aeronavigasiya xidməti bəyan edib ki, təyyarə Gürcüstan hava məkanına daxil olduqdan bir neçə dəqiqə sonra onunla radar əlaqəsi itib.

Niyə bu hadisə qəribədir?

Birincisi, “Hercules” dünyanın ən etibarlı hərbi-nəqliyyat təyyarəsidir və uzun illərdir ki, bütün dünyada istifadə olunur.

İkincisi, əgər texniki nasazlıq olsaydı, “Herkules” mütləq siqnal göndərərdi. Amma təyyarə sadəcə radarlardan itib və havada parçalanıb.

Təbii ki, qəzanın səbəbləri, ya sifarişçiləri araşdırılacaq və bəlli olacaq. Amma geniş ictimayyətə yox, belə hallarda 99.9% ehtimalla obyektiv məlumatlar geniş ictimayyətə açıqlanmır.

Biz isə hadisəni və onun baş verməsində maraqlı olan dairələrin reaksiylarını davamlı təhlil edərək müəyyən qənaətlərə gələ bilərik.

Misal üçün Rusiyanın “Z-blogerlər” cameəsinə aid, rus radikal müəlliflərdən biri telegram kanalında yazıb:

“Hadisə nəticəsində Gürcüstanda Bakıdakı hərbi paradda iştirak etmiş 20 türk hərbçisi həlak olub.

Hərbi-nəqliyyat təyyarəsi onları Azərbaycandan Türkiyəyə aparırmış.

Təyyarə dağlıq ərazidə qəzaya düşüb, bütün heyət üzvləri həyatını itirib.

Bu, məncə, Oleg Peşkov və Qarabağda türklər tərəfindən öldürülmüş bütün rus zabitlərinə görə kifayət qədər ədalətli bir cavabdır”.

 

Kamran Cəfərov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İsrail Məşhəd hava limanını vurdu

redaktor

Yeni prezidentə butulka atdılar, mühafizəçi yaralandı- Argentinada – FOTO

redaktor

“Azərbaycan Laçın dəhlizini BAĞLAYACAQ” – Simonyan

admin