CəmiyyətGündəm

Bizim günümüz.

Konstitusiya elə bir dəyər, elə bir anlayışdır ki, hər gün onun günü olmalı, dövlət hər günə onun gözüylə baxmalı, vətəndaş onun hökmünə güvənməlidir. Amma yaşadığımız ölkədə bu Ana qanunun anasını mələdib, atasına dağ çəkiblər. Bu ölkədə şəxslər Konstitusiyanın çiynində oturub, ona diktə edirlər.

Bəzən düşünürəm ki, bizim Konstitusiyamız yoxdur. Çünki Konstitusiyanın var olduğu yerdə saxta ittihamlarla adamları zindana məhkum etmək, mətbuatı susdurmaq, seçkini ləğv etmək, büdcəni viran qoymaq, sərbəst toplaşmağı yasaqlamaq olmazdı.
Bəli, bu ölkədə Konstitusiyanın özünü də şərləyiblər. Ana qanunda yazılanların əksini etmək, onu ciddiyə almamaq, elə şərləməkdi. Əgər “Konstitusiyada belə yazılıb” deyərək, ortaya fakt qoymaq səni haqlı çıxarmırsa, sənə üstünlük qazandırmırsa, deməli, o Ana qanunun analığından əsər qalmayıb.

O kitaba istinad edib, məhkəmədən ədalət ala bilmirsənsə, deməli, o da girovdu.
5 gün öncə Zəfər günü idi, 3 gün öncə Bayraq günü, bu gün isə Konstitusiya günüdür.
Avtoritarizm heç bir əlamətdar günü bütöv yaşamağa, bütöv yaşatmağa imkan vermir.
Zəfərin sevincini vətəndaşa sosial fəlakət nəsib etməklə, bayrağın qürurunu o bayrağın altında hüquqsuzluq sərgiləməklə, Konstitusiya gününü Konstitusiyanın əzəmətini sındırmaqla yarımcan edirlər.

Bizə həqiqətən də bir gün lazımdı. Elə bir gün ki, bütün əlamətdar günləri bütöv və qürurlu yaşamağımızın təminatı olsun.

 

İlham Hüseyin

Tacxeber.com

Oxşar xəbərlər

Metroda sıxlıq yaşanır – ANBAAN VİDEO

redaktor

“Turbo.az”ın sahibi “Hepsiburada”nı niyə 1,13 milyard dollara aldığını açıqladı

admin

Kamran Həsənlidən QALMAQALLI MÜSAHİBƏ

admin