Culiya Robert nəhayət əsəblərini cilovlaya bilməyib və bütün qadınlara səslənib:
“Bəsdirin, yetər daha! Bu mükəmməllik maskasını çıxarmağın vaxtıdır”.
O, sosial şəbəkələrdə bir kampaniya başladıb və qadınları dünya miqyasında dolğu, botoks və filtr “kultundan” uzaqlaşmağa çağırıb.
Onun fikrincə, sosial media dünyasının təqdim etdiyi bu mükəmməllik anlayışı bir xəstəlikdir.
“Biz makiyaj qatlarının altında gizlənirik…
Heç vaxt çata bilmədiyimiz standartlara uyğun olmaq üçün üzümüzə iynə vururuq…
Heç vaxt sınmamış bir şeyi düzəltməyə çalışırıq… Və həqiqətən sağalmağa ehtiyacı olan tək şeyi, ruhumuzu unuduruq”.
Culiya Roberts artıq başqalarının diqtə etdiyi gözəllik obrazını daşımaq istəmir. O artıq qırışlardan qorxmur, əksinə, onları qürurla daşıyır. O, filtr və inyeksiyasız üzündən qürur duyduğunu bildirir.
“Heç kim cəmiyyətin diqtə etdiyi bu mümkünsüz gözəllik standartlarına çata bilməz. Görünüş narahat olacağımız ən son şey olmalıdır.
Əsl vacib olan… Ruhdur”.
