DünyaİdmanQalmaqal

Azərbaycan millisinin üzvü futboldan uzaqlaşdırıldı.

Türkiyə Futbol Federasiyası Peşəkar Liqa ilə bağlı araşdırması çərçivəsində mərc oyunlarında və danışılmış oyunlarda iştirak edən 1024 futbolçunun adını açıqlayıb.

Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Mərc oyunlarında iştirak edənlərin siyahısında Azərbaycan millisinin üzvü Mert Çelik də var. “Neftçi” və “Səbail”in sabiq müdafiəçisi oyunlara pul qoyuluşunda iştirak edib. Mert hazırda Türkiyə 1-ci liqası təmsilçisi “Sivasspor”un formasını geyinir.

Məsələyə görə Çelik haqqında cinayət işi açılıb. Onun 3 aydan 1 ilə qədər cəza alması gözlənilir. Həmçinin Mert istintaq başa çatana qədər futboldan uzaqlaşdırılıb.

Qeyd edək ki, Mert Çelik Azərbaycan millisinin heyətində 1 matça çıxıb. 25 yaşlı futbolçu bu il Belarusla (0:2) yoxlama matçında forma geyinib. (Qol.az)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Tramp: Ukraynaya görə silah anbarımız boş qalıb

redaktor

Ronaldo: “Oğlum telefon istəyir, mən “yox” deyirəm”.

admin

Dağıstanda niqab qadağan olunur.

admin