31 C
Bakı
23 Avqust 2026 13:05
Cəmiyyətİqtisadiyyat

31 manata satılan Braziliya ətləri

Gəncədə 31 manata satılan Braziliya ətlərinə rast gəlmək olur

Azərbaycanda Braziliyadan idxal olunan ətlərin satışı geniş vüsət alıb.

Tacxeber.com xəbər verir ki, dabaq xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə aparılan profilaktik tədbirlər yerli ət tədarükündə müəyyən məhdudiyyətlər yaradıb. Nəticədə istehlakçıların xarici ölkələrdən gətirilən ət məhsullarına, xüsusilə də Braziliya mənşəli ətlərə marağı artıb.

Məlumata görə, Braziliya ətlərinin bir kiloqramı sümüksüz şəkildə 12–15 manat aralığında satılır.

Lakin Gəncədə fəaliyyət göstərən satıcılardan birinin sözlərinə görə, onun təklif etdiyi Braziliya ətlərində tullantı az olduğu üçün qiymət nisbətən yüksəkdir. Hazırda bu növ ətlərin qiymətinin bir kiloqramı 29–31 manat aralığında dəyişir.

Satıcının bildirdiyinə görə, keyfiyyət baxımından bu ətlər həm dad, həm də saxlanma müddəti baxımından yerli məhsullardan fərqlənir.(Xəzərxəbər.аz)

 

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ “TikTok”u 400 milyon dollar cərimələdi – Uşaqlara görə

admin

NVIDIA məsələsi

redaktor

Bakıya yatırılan 200 milyard dollar…

redaktor