DünyaTexnologiya

Türkmənistan ilk quru yük gəmisini inşa edir

Bu payızın diqqətçəkən hadisələrindən biri Türkmənistanda tikilmiş ilk dəniz gəmisinin suya buraxılması oldu. “Qadamlı” adlı bu quru yük gəmisi 6100 ton dedveytə malikdir və konteyner daşımaları üçün nəzərdə tutulub.

4 noyabrda keçirilən suya buraxılış mərasimində Türkmənistan Mühəndislik və Nəqliyyat Rabitəsi İnstitutunun Gəmiqayırma ixtisası üzrə tələbə və müəllim heyəti iştirak edib. Qeyd olunur ki, institutun məzunları da gəminin inşasında bilavasitə iştirak ediblər.

Gəmi Balkan Gəmiqayırma və Gəmi Təmiri Zavodunda, Koreyanın Koryo Shipbuilding Industry Technology Co., Ltd. şirkəti və yerli mütəxəssislərin birgə əməkdaşlığı ilə inşa edilib.

Türkmənistan üçün bu addım Xəzər regionunda dəniz donanmasının lokallaşdırılmış inkişafı baxımından mühüm mərhələ hesab olunur.

 

Rauf Ağamirzəyev

Tacxeber.com

Oxşar xəbərlər

AZAL-ın təyyarəsi PUA hücumları səbəbindən uçuş pozuntuları ilə üzləşib

redaktor

Xamenei ivritcə yazdı: Nəyə qadir olduğumuzu göstərəcəyik

redaktor

Təyyarə qəzasına görə Qazaxıstanda komissiya yaradıldı

redaktor