DünyaSiyasət

Əbədi Atatürk

“10 noyabr, cümə axşamı… Saat 09:05… Mustafa Kamalı itirdik… Vur-tut 57 yaşı var idi…

Matəmə bürünmüş Dolmabağça sarayı güllə səsindən diksindi. Dərhal aşağı mərtəbəyə yüyürdülər. Saleh Bozok qan içində yerdə uzanıb qalmışdı. Silahı ürəyinə dirəyib tətiyi çəkmişdi. Səlanikdə məhəllədən dost idilər, yaşıd idilər… Saat 09:05-də Mustafa Kamalın yatağının başında idi. Əlini öpmüş, heç nə demədən otaqdan çıxmış, aşağı mərtəbəyə – öz otağına getmiş, daim belində olan silahını çıxarmış, lüləni ürəyinə dirəyib tətiyi çəkmişdi…

Mustafa Kamalın ölümü ilə bağlı akt yazıldı. Onu 9 tibb professoru imzaladı: “1938-ci il, noyabrın 10-da, cümə axşamı gününün səhərində, saat 09:05-də əziz və böyük xəstə həyatı tərk etmişdir…”

Professor Məhmət Kamil Bərk şəxsən Mustafa Kamala aid olan M.K.A. emblemli ipək dəsmalla çənəsini bağladı…” (Yılmaz Özdilin “Mustafa Kamal” kitabından).

Mustafa Kamal Atatürk həkimlərdən ötrü “xəstə” ola bilərdi. Əslində isə bütün türk dünyasını “sağaldan” ƏZİZ və BÖYÜK LOĞMAN idi. Bu gün anım günüdür. Və şübhəsiz ki, nur içindədir!

 

Famil Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Putin Bəşər Əsədi Suriyaya verəcəkmi?

admin

Serbiya lideri: “Ərdoğan ailəmdən kim xəstələnsə, dərhal zəng edər…” – “Türkiyə Balkanlarda ən böyük gücə sahibdir”

redaktor

Zurabişvili Fransaya gedəcək, yoxsa Gürcüstanda qalıb pensiya alacaq? – PROQNOZ

redaktor