CəmiyyətDünya

Zəfərin ən böyük payı

Zəfərin ən böyük payı, ən saf haqqı məhz onların balaca ürəklərində Vətən sevgisi daşıyan, atasının döyüş hekayələrini oyunlarında yaşadan, bayrağı oyuncaq deyil, müqəddəs bir əmanət kimi tutan uşaqlarındır.

Onlar müharibəni görmədilər, amma onun izlərini daşıyan gözlərə baxa-baxa böyüdülər. Atalarının yoxluğunu, yarasını, susqunluğunu, bəzən gülüşünə qarışmış kədərini hiss edə-edə yaşadılar. Onları böyüdən təkcə ana nəvazişi yox, həm də Vətənin çəkdiyi ağrı, qazilərin çiyinlərində daşıdığı qəribə bir susqun qürurdur.

Zəfər yalnız torpağın azad olunması deyil.
Zəfər bu uşaqların sabah sakit yatması, sakit oyanmasıdır.
Zəfər bir daha şəhid verilməməsi, anaların qara yaylıq taxmaması, bayrağın yalnız sevinclə dalğalanmasıdır.
Zəfər suveren, bütöv, güclü Azərbaycanın gələcəyini gülə-gülə qarşılayan bu körpə baxışlardır.

Bütün şücaətlərin, bütün döyüşlərin, bütün qələbələrin ən gözəl davamı uşaqların gülüşüdür. Biz o gülüşü qorumaq üçün döyüşdük, şəhid verdik, tarix yazdıq.

Qoy bu gülüşlər heç vaxt sönməsin…
Qoy Azərbaycan əbədi Zəfər içində yaşasın.
Qoy hər bir uşaq doğma torpağında, sülh içində, qürurla böyüsün.

Zəfər Günümüz mübarək olsun!

Hörmətlə,
Qazi İqbal Səfərov

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycanda qalmaqallı bələdiyyənin möhürü yoxa çıxdı

redaktor

İsti havalarda kondisionerin ən optimal temperaturu açıqlanıb

redaktor

Mourinyo Ronaldonu “Fənərbaxça”ya dəvət etdi

admin