Pepsi şirkətinin nəyə görə 349 rəqəmindən indiyənə kimi çəkindiyini bilirsinizmi? Yazım soruşan olsa deyərsiz.
90-cı illərin əvvəlləridi. Pepsi Coca-Cola nı keçmək istəyir, bu hadisə Filippində baş verib. Təsəvvür elə ki millət Colanı su əvəzi içirdə… Pepsi papağını qoyur önünə fikirləşir ki: Bəs yoldaşlar yadınızda Amerikada bir kampaniya yaratmışdığ? gəşşəh tutmuşdu o vaxt, gəlün burada da eliyək də.
Kampaniyanın şərti də: Bir dənə Pepsi al, qapağı atma məhz altındakı nömrə əgər o axşam TV-də deyilənlə üst-üstə düşsə 1 milyon pesonu səhər gəl apar şirkətdən.
1992-ci ilin fevralında Number Fever adında aksiya başlayır. Camaat bildiyin dəli olur. İnsanlar litrlərlə Pepsi içir, içməyən belə alır tötür evinə, zibilliklərdə qapaq axtaran kim, bəlkə o sehrli nömrə çıxar. Satışlar 40% artıreee. Kampaniya o qədər uğurlu gedirdi ki, şirkət qərar verir ki, bu kampaniyanı dayandırma beş həftə də uzat getsün. Coca-Cola-nı keçmək ümidiylə hamı sevinc içindəydi. Vot Vot uje keçir… Amma…
25 may 1992. Gecə hamı televizor qarşısında oturub. Lotoreyanı gözləyir! Aparıcı nömrəni elan eləyir: Qalib nömrə 349. Sabah gəl yaxınlaş pulunu götür.
Ay hay… Və bütün ölkə partlayır. Sevinc, qışqırıq, rəqs, ağlama sanki hər evə 1 milyon düşüb, boş boşuna deyildi bu sevinc, çünki bir balaca məsələ var idi ortada … Pepsi planlaşdırmışdı ki, cəmi 2 nəfər qalib olsun. Amma bir kompüter səhvi nəticəsində 349 nömrəsi təsadüfən 800 min qapağın altına çap olunmuşdu. Təsəvvür edirsiniz???
Bəli, 800 min qalib! Gəl indi çıx söhbətdən. Və bu, Pepsi üçün 32 milyard dollar borc demək idi!
Şirkət panikaya düşür. Gecəylə toplantı, nə edək, necə eedək, haranın daşını salaq başımıza?. Bəs çıxış yolu birdənədir..Çıxıb canlı yayıma deyirik ki, bəs bir qələtdir eləmişik, kopolunun texnologiyası bizi salıb zibilə. Amma narahat olmayıneee, biz şedrıy uşaqlarıq, jest kimi hər qalibə 500 peso verək. Burda deyirləre adam dolamısan? 500 peso = təxminən 5 dollar edir.
Xalq nə deyir? Beş dollar? Hə buralarda ol, gör sənin başına oyun açırıq ya yox?
Və qiyam başladı. İnsanlar küçələrə axışır, 30-dan çox Pepsi maşını yandırıldı, zavodlara hücum olundu. Təəssüf ki, bu xaosda 5 nəfər həlak oldu. Və ən dəhşətlisi Pepsi yük maşınına atılan qranat nəticəsində, 5 yaşlı uşaq və bir məktəb müəlliməsi də həyatını itirir.
Camaat “Coalition 349” adlı qrup qurur, illərlə etiraz edir, məhkəmələr, aksiyalar… Amma nəticə dəyişmədi. Pepsi-nin gözəl reklam ideyası bir anda tarixdəki ən faciəvi marketinq kampaniyalarından biri oldu.