CəmiyyətGündəm

Bu qələbə onların qələbəsi, bu gün o unudulmuş və həbsə atılmışların günüdür!

“Bu gün, II Qarabağ savaşında qələbəmizin 5-ci ili, milli mənliyimizə və qürurumuza vurulan ləkənin yuyulmasının ilk yubileyidir. Azərbaycan xalqının bu müharibədə göstərdiyi qətiyyət və cəsarət, şücaət və qüdrətinin əlimizdə olan ən yaxşı videosübutlarından biri cəbhəyə, vətən uğrunda ölümə gedən bir sıravi əskərin, az sonra şəhid olacaq Fədail Fərhad oğlu Nadirovun yolda rəqsidir. Əsl fədai kimi necə də rahat və qayğısız, necə də ürəkdən oynayır!..

Məzh belə oğullarımızı tanıdığım üçün 10, 20, 30 il öncə də torpaqlarımızı haçansa geri qaytaracağımıza zərrəcə şübhə etmirdim.

Bu gün bütün xalqın, hamıdan əvvəl şəhidlərin və qazilərin günüdür. Bu gün Fədail, Xudayar Yusifzadə, Rövşən İsmayılov kimi şəhidlərin, təltif olunan və haqqı yeyilən, azadlıqda olan və həbsdə yatan Hacı Vəliyev, Tofiq Yaqublu kimi qazilərin günüdür. Bu günün sevincini bizə yaşadan şəhid və qazilərimizi xatırlayanda bütün qazilərimizi, o cümlədən əlil olub imkansızlıq və baxımsızlıq içində yaşayan, haqları tapdanan, unudulan, yaralardan ölən, problemlərdən – məsələn, təqaüd kartı haqsız bloklandığı üçün Şahmurad Məmmədov kimi ürəyi partlayan, Alim Məmmədov kimi özünü tapançayla vuran, Fərman Həsənov, Fərid Quliyev, İmdad Qəhrəmanov və yüzə qədər başqası kimi özünü asaraq intihar edən qazilərimizi, onların hüquqlarını müdafiə etdiyi üçün həbs edilən Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyevi də yad edək!..

Bu qələbə onların qələbəsi, bu gün o unudulmuş və həbsə atılmışların günüdür!

Allah bütün şəhidlərimizə və intihar edən qazilərimizə rəhmət eləsin, sağ qalanlara haqlarını almağa kömək olsun!

Sevinc və kədər, qürur və göz yaşı dolu bayramımız mübarək, əzizlərim”!

 

(Çingiz Sultansoy)

Tacxeber.com

Oxşar xəbərlər

İran silkələnir, hər yerdə aksiya, binalara od vuruldu – Video

admin

İsrail on minlərlə ehtiyatda olan əsgəri orduya çağırdığını açıqlayıb

admin

“Bəziləri İrəvanı yox, Bakını seçirlər” – Putin

redaktor