DünyaSiyasət

Bu deputat parlamentdə bir dəfə də danışmayıb

Milli Məclisin ən passiv deputatının adı məlum olub.

Tacxeber.com  xəbər verir ki, açıq mənbələrdə millət vəkili Bədəl Bədəlovun parlamentin hər hansı iclasında çıxış etməsi haqda məlumat yoxdur.

Bədəl Bədəlov 23 yanvar 2024-cü ildə 96 saylı Goranboy-Naftalan seçki dairəsindən Milli Məclisə seçilib. O, deputat olduğu 22 ay ərzində parlamentin iclaslarında bir dəfə də çıxış etməyib.

64 yaşlı Bədəl Bədəlov ali təhsilli mühəndisdir. O, 2018-cidə dissertasiya işini müdafiə edərək texnika elmləri üzrə fəlsəfə doktoru adını alıb.

Bədəlov Milli Məclisin iclaslarında danışmağa həvəs göstərməsə də, yaradıcılığa xüsusi münasibəti ilə seçilir. O, ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə bağlı tez-tez iqtidar mətbuatında irihəcmli məqalələrlə çıxış edir. (Yeni Sabah)

 

Tacxeber.com

Oxşar xəbərlər

“Avdeyevka ətrafında ağır döyüşlər gedir, USQ itirilmiş mövqelərini bərpa edir” – ISW

admin

“Beşiktaş” – “Makkabi” oyunu bu iki ölkədən birində olacaq

admin

Rus qazı əvəzinə Azərbaycan qazı… – Zelenski

redaktor