DünyaSiyasət

Beynəlxalq hüququn fundamental prinsipləri

İtaliyan jurnalist Qabriele Nunziatini xatırlayarsınız? 13 oktyabrda Aİ nümayəndəsinə sual vermişdi ki, Rusiyadan Ukraynanı bərpa etməyi tələb edirsiniz, bəs İsraildən də Qəzzanı bərpa etməsini tələb edəcəksiniz?

O vaxt Aİ nümayəndəsi onun “maraqlı” sualına cavab verə bilməmişdi. Amma gec də olsa, sualına cavab verildi. 27 oktyabrda işlədiyi Agenzia Nova informasiya agentliyi Qabriele ilə əmək sazişinə birtərəfli qaydada xitam verdi, normal dildə desək, onu işdən qovdu.

Bunun səbəbini soruşan Politico nəşrinə Agenzia Nova rəhbərliyi izah edib ki, İsraildən reparasiya məsələsində cənab Nunziati “beynəlxalq hüququn fundamental prinsiplərini başa düşmədiyini” nümayiş etdirib. (Reparasiya – vurulmuş zərərin əvəzinin ödənilməsidir)

Haqlıdırlar: beynəlxalq hüququn fundamental əsası budur ki, İsrail reparasiya verə bilməz, yalnız ala bilər; İsrail günahkar ola bilməz, yalnız zərərçəkmiş ola bilər; İsrail genosid törədirsə, bunu yalnız humanizm naminə edir. Belə sadə şeyləri bilməyən jurnalist, əlbəttə ki, işdən qovulmalıdır.

Birdən soruşarsınız ki, bəs söz, düşüncə, mətbuat azadlığı, nə bilim, demokratiya-filan necə olsun? Deyildi axı: “beynəlxalq hüququn fundamental prinsiplərini başa düşmək” lazımdır.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Zelenskinin Ağ Evdə “qisas əməliyyatı” – Dünyanın gözü qarşısında etdi

redaktor

İranın hökümətə yaxın mediasında Rusiya, İsrail, Türkiyə, Azərbaycan və Ermənistanla bağlı geniş məqalədən tezislər

admin

Rusiya XİN ABŞ-ı nüvə silahı ilə hədələyib

redaktor