DünyaSiyasət

Azərbaycan ordusunun dünyanın hərb tarixinə yenilik kimi düşən “Kukruznik əməliyyatı”…

Bakıda Vətən müharibəsinin 5-ci ildönümünə həsr olunmuş Zəfər paradının keçirildiyi vaxt İrəvanda siyasi gündəmi qarşılıqlı ittihamlar təşkil edir.

Keçmiş prezident Serj Sarkisyan bildirib ki, “o, müharibənin ilk saatlarında hava hücumundan müdafiə (HHM) vasitələrinin yarısının necə itirildiyini hələ də anlamır”.

Nikol Paşinyan cavabında deyib ki, günah Sarkisyan da başda olmaqla keçmiş hakimiyyətdədir: “Aldığınız HHM sistemi dəmir-dümür yığını, sözün əsl mənasında metal tullantısı idi. Müttəfiqlər də bu sistemləri yeniləmək üçün etdiyimiz müraciətlərə cavab olaraq bizə “üç barmaq kombinasiyası” göstərirdilər”.

Keçmiş və indiki hakimiyyəti bir-birini ittiham etsə də, müharibənin ilk günlərində Ermənistanın HHM sistemlərinin yarısından çoxunun sıradan çıxmasının gerçək səbəbi Azərbaycan ordusunun dünyanın hərb tarixinə yenilik kimi düşən “Kukruznik əməliyyatı” idi.

Bu haqda daha öncə də yazmışıq: naviqasiya sistemləri ilə təchiz edilmiş və pilotsuz təyyarəyə çevirmiş “Kukruznik”lər aşağı hündürlükdə uçur, onları vuran Ermənistan hava hücumundan müdafiə sistemləri yerlərini bəlli edir və PUA-larla məhv edilirdilər. Müharibədən sonra məlum oldu ki, “Kukruznik” taktikası 2013-cü ildə hazırlanıb, 7 il məxfi saxlanılan bu taktika nəticəsində müharibənin ilk günündə Ermənistanın HHM vasitələrinin 60 faizi məhv edilib. Amerikalı mütəxəssislər bu taktikanı Vyetnma müharibəsində istifadə olunan “Yırtıcı Veals” (Wild Weasel) və ya “Ovçu-Qatil” (Hunter-Killer) konsepsiyalarına bənzədirlər.

Bunun necə baş verdiyini nəinki Sarkisyan, yaxud Ermənistan, bütün dünya anlamadı. Bu gün Azadlıq meydanında parada çıxan Zəfər ordusunun 44 günlük müharibədə həyata keçirdiyi əməliyyatlar – Şuşanın azad edilməsi, dronlardan istifadə, aypara taktikasının tətbiqi və s. dünyanın hərbi nəzəriyyələrini dəyişdirib.

 

Siyasi şərhçi Asif Nərimanlı

Tacxeber.com

Oxşar xəbərlər

Rusiyaya gedən azərbaycanlıların əmlakları GERİ ALINIR: qanun QƏBUL OLUNDU

redaktor

Rusiya tərəfdən döyüşənləri vətəndaşlıqdan məhrum edəcəyik – Sandu

redaktor

Almaniyada polislər soyundu – Qəribə səbəb – VİDEO

redaktor