1. Demokratiya ixrac və ya idxal predmet olmayacaq. Hər bir xalq hansı sistemdə, hansı qaydalarla yaşayacağına indivudal qərar verəcək. Avtoritara boyun əymək, yoxsa azad olmaq. Artıq bu mövzuda xalqlar arası həmrəylik və geopolitik məhkumluq həlledici olmayacaq. Ona görə yox ki, ABŞ prezidenti Tramp oldu. Ona görə ki, qlobal tendensiya bu istiqamətdə gedir. Tramp bu tendensiyanın meyvəsidir.
2. Qlobal təhlükəsizlik anlayışı dəfn olunur. Kollektiv qərb, kollektiv anti qərb cəbhəsi bölgüsü də aradan qalxacaq. Xüsusilə də Avropa öz təhlükəsizliyinin qayğısına qalmalı olacaq. Məsələ belə deyil ki, kollektiv qərb Ukrayna üzərindən Rusiyayla alverə başlayacaq. Məsələ budur ki, ABŞ Avropanın özünü Rusiya ilə alver masasına qoya bilər.
Bir sözlə, yeni dünya nizaminın qurulması zərurətə çevriləcək. Prioritet təhlükəsizlik olacağına görə ideoloji axınlar, demokratiya və ya avtoritarizm revanşizmə yox, özünə qapanmağa fokuslanacaq.
