15 C
Bakı
24 Mart 2026 15:04
DünyaSiyasət

Tramp: Tariflərin ləğvi ABŞ üçün dağıdıcı nəticələrə səbəb ola bilər

ABŞ prezidenti Donald Tramp bildirib ki, idxal tariflərinin qanuniliyinə dair Ali Məhkəmədə başlanmış işdə Vaşinqtonun məğlubiyyəti ölkə üçün ciddi fəsadlar törədə bilər.

Tacxeber.comxəbər verir ki, dövlət başçısı bu barədə “Fox News” telekanalına müsahibəsində danışıb.

“İcazə verin, belə ifadə edim: əgər uduzsaq, bu, ölkəmiz üçün dağıdıcı olacaq. Bu, tariximizin ən mühüm hadisələrindən biri olacaq”, – deyə Tramp vurğulayıb.

Onun sözlərinə görə, əgər ABŞ administrasiyası yeni idxal tarifləri tətbiq etməsəydi, həm Amerika, həm də digər ölkələr iqtisadi “depressiya” ilə üzləşərdi.

Ağ Evin mətbuat katibi Kerolayn Levitt noyabrın 2-də açıqlamasında bildirib ki, Tramp administrasiyası Ali Məhkəmənin tarifləri qanunsuz elan edəcəyi təqdirdə, ehtiyat planlar üzərində işləyir.

Hazırda ABŞ Ali Məhkəməsi prezidentin idxal mallarına rüsumlar tətbiq etməklə səlahiyyətlərini aşması barədə iddiaya baxır. Məhkəmədə administrasiyanı maliyyə naziri Skott Bessent təmsil edir.

 

Tacxeber.com

Oxşar xəbərlər

Külək güclənəcək, temperatur aşağı enəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

redaktor

Kadırovun Zelenski ilə bağlı arzusu

redaktor

Azərbaycan bankında 170 milyon manatı olan Cahangir Əsgərov ölkədən çıxdı

redaktor