Dünyaİqtisadiyyat

Danımarkada mal-qaranın kütləvi ölümü baş verir. Səbəb, bilirsiniz, nədir?

Bu ölkədə havaya metan qazı buraxmasına görə hər mal-qara başına fermerlərin ildə €100 ödəməsi barədə yazmışdım.

Yazıq fermerlər bu qədər pulu ödəməmək üçün inəklərin qaz ifrazının qarşını ala bilən çarə axtarıblar. Niderlandın bir firması çarə kimi Bovaer qida əlavəsini təklif edib. Firmanın reklamına görə, inəyə gündə bu preparatdan acza – 1 çay qaşığının 1/4 qədər verilsə, entoral qaz ifrazı südlük inəklərdə, orta hesabla, 30%, ətlik inəklərdə – 40% azalar. Bovaer heyvanda metan sintezinə cavabdeh fermentə mane olur və inəyin orqanismində tam metabolizə olunur, yəni inəyin ətində və südündə heç bir izi qalmır.

Bovaer-in əsas təsir maddəsi sintez edimiş 3-nitrooksipopanoldur. Bundan başqa onun tərkibinə propilenqlikol (həlledici kimi) və qurudulmuş silisium turşusu (daşıyıcı kimi) daxildir.

İstehsalçı əmin edir ki, bu qida əlavəsi analoqları arasında ən yaxşı tədqiq olunmuş (150 tədqiqat aparılıb) və elmi əsaslandırılmış çarədir.

Amma Danimarka fermerləri şikayət edirlər ki, Bovaer-dən sonra mal-qara kütləvi surətdə qırılır…

Bu danimarkalılar hələ başa düşməyinlər ki, məqsəd atmosferdə metanı azaltmaq deyil, elə mal-qaranı azaltmaqdır. Vergi ilə mümkün olmasa, qida əlavəsi ilə azaldacaqlar.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Kazana uçan təyyarə PUA hücumu təhlükəsi ilə ÜZLƏŞDİ – FOTO

redaktor

Dünyanın sonudur? – Vanqanın 2023-cü illə bağlı elə proqnozu yayıldı ki…

admin

Ərdoğandan AKP ilə bağlı paylaşım…

redaktor