1815-ci il, İndoneziyada da bir vulkan püskürdü. “Tambora” vukanı. Bu püskürmə nəticəsində 1816-ci il də yay fəsli olmamışdı (year without summer). 100 000 insan ölmüş, Yerdə temperatur 0,7-0,4 dərəcə selsi aşağı düşmüşdür.
Şimali Amerika və Avropada qar və şaxta hadisələri iyun–iyul aylarında belə davam etdi.
Avropada məhsul yığımları məhv oldu, böyük aclıq və ərzaq qıtlığı başladı. Avstriya, İsveçrə və Almaniyada ərzaq qiymətləri 4–5 dəfə artdı. Aclıqla yanaşı tif və vəba kimi xəstəliklər yayıldı.
Qaranlıq, boz səma və “ölü təbiət” mənzərələri o dövrdə romantik ədəbiyyata da təsir etdi.
Mary Shelley 1816-cı ildə İsveçrədə, soyuq və qaranlıq yay günlərində “Frankenstein” romanını yazdı.
Lord Byron həmin il “Darkness” (Qaranlıq) adlı məşhur şeirini qələmə aldı.
Əkinlərin məhv olması səbəbindən atlar üçün yem çatışmazlığı yarandı. Bu, insanları alternativ nəqliyyat vasitələri axtarmağa vadar etdi. Alman ixtiraçı Karl Drais bu illərdə ilk velosiped prototipini (laufmaschine) yaratdı.
