24 C
Bakı
16 Oktyabr 2026 17:34
DünyaGündəmKriminal

İranda Xameneinin kuklasını yandıran şəxs müəmmalı şəkildə ölü tapıldı

İranın Lorestan əyalətinin Aligudarz şəhərində Ali dini lider Ayətullah Əli Xameneinin kuklasını yandırdığı videonu paylaşan gənc kişi — Omid Sarlak müəmmalı şəraitdə ölü tapılıb.

Tacxeber.com xəbər verir ki, polis hadisəni “intihar” kimi təqdim edib. Lakin mərhumun yaxınları və insan haqları müdafiəçiləri bu versiyaya inanmadıqlarını bildirərək baş verəni “dövlət tərəfindən törədilmiş qətl” adlandırıblar. Sarlakın ailəsinin sözlərinə görə, hakimiyyət orqanları meyiti təhvil verməkdən imtina edib və ailəyə rəsmi “intihar” versiyasını təsdiqləmək üçün təzyiq göstərib.

Mərhumun dəfn mərasimində iştirak edənlərin “Diktator ölsün!” şüarları səsləndirdiyi bildirilir. Hadisə İran sosial şəbəkələrində böyük qəzəb doğurub. İstifadəçilər #OmidSarlak həştəqi ilə paylaşımlar edərək, hökuməti etirazçılara qarşı zorakılıqda və insan haqlarını pozmaqda ittiham edirlər. (Konkret.az)

 

Tacxeber.com

Oxşar xəbərlər

Qərb niyə irəli getdi, İslam dünyası niyə geridə qaldı?

redaktor

Hindistan və Çin Mərkəzi Asiyada hərbi nüfuz uğrunda yarışır

redaktor

Türkiyənin Hakan Fidan ayıbı

redaktor