Allah düşmənlərinin sarayda və zindandakı halları
Bu hadisə İsrail rejiminin əsarətində olan Fələstində deyil, Azərbaycanda baş verib.
Qaradağ rayon icra başçısının müavini Nadir Muradovun həbs xəbərini eşidən bir məhbus xanımı mənə yazıb:
“Yoldaşım tutulanda biz Qaradağ rayonunda yerləşən köhnə “qamış bina” deyilən, uculub tökülmüş binada yaşayırdıq. Həyat yoldaşım, SOCAR-da aşpaz işləyirdi. Qazancı pis deyildi. Amma qazancını daha cox uşaqlarımızın xəstəliyinə xərclədiyinə görə evimizi dəyişib, normal şəraiti olan bir evə köçmək istəyimiz alınmırdı. Ev tapıb kirayə çıxmağa hazırlaşanda yoldaşım yoxa çıxdı. Günlərlə axtardıq. Şəklini sosial şəbəkələrdə görən qohumlar, tanışlar bizə xəbər verdi ki, bəs “İran casusu” adı ilə tutublar. Yoldaşımı Kürdəxanıda (Bakı İstintaq Təcridxanası) tapdıq.
Danışmağa heyi hərəkəti qalmamışdı. Onu polis idarəsində ifadəyə imza atmaq üçün başdan ayağa skoçlayıb, dəfələrlə huşunu itirənə qədər döymüşdülər. Skoçlayiblar ki, işgəncə izləri qalmasın. Amma yoldaşımın bütün iç orqanları, başı o qədər xəsarət almışdı ki, həbsindən iki il 8 vaxt keçməsinə baxmayaraq hələ də müalicə alır.
Təsəvvür edin. Evə qazanc gətirən yeganə adam yoldaşım idi. Onu da narkotiklə şərləyib həbs etdilər və gördüyü işgəncələrdən bütün sağlamlığını itirdi. İndi o, nəinki evə qazanc gətirirdi, onun özünün ciddi müalicəyə, bahalı dərmanlara, normal qidalanmağa ehtiyacı var idi. Bəs evdəki xəstə uşaqlar? Bu arada yağışlar artan kimi divarlarımız, tavan başımıza uçdu. Evdə xəstə, azyaşlı uşaqlar var deyə, dözə bilmədim, Qaradağ icra hakimiyyətinə üz tutdum. Deyirdilər ki, Qaradağ rayon icra hakimiyyətinə şikayətə gələnləri icra başçısı qarşılamazdı, həmişə iki müavinindən biri, daha çox da Nadir Muradov qarşılayırdı.
Şikayətə gəldiyimi deyəndə məni də Nadir Muradovun qəbuluna göndərdilər. Məni görəndə cin atına mindi. Əvvəlcə Nadirin qəzəbinin səbəbini anlaya bilmədim. Danışdıqca məlum oldu ki, Nadir Muradov İslama və hicaba nifrət edir. Mən gəlişimin səbəbini izah etməyə başlayanda üstümə qışqırıb, get hicabını aç, sənə ev verəcəm, dedi. Eşitdiyim sözdən dəhşətə gəldim. Axı evin uçması ilə hicabımın nə əlaqəsi vardı?
Dedim sizin vəzifəniz vətəndaşın şikayətini dinləyib, ona kömək etməkdir, hicabımı niyə görə açım, hicabın evlə, sizin vəzifənizlə nə əlaqəsi var? Hicabı bizə Allah buyurub. Nadir üzündən nifrət yağa-yaga mənə açıqlandı ki, elə ərin də sənin kimi güc olduğuna görə, “Ya Hüseyn, ya Hüseyn!” dediyinə gorə tutuldu. Çıx çölə, sənin evin elə başına uçsa yaxşıdır”.
O qədər çarəsiz idim, özümü güclə saxlamışdım ki, içəridə, Nadir kimi İslam düşməninin yanında ağlamayım. Çölə çıxdım, binadan azca uzaqlaşmışdım ki, hönkürüb ürəyim boşalana qədər ağladım.
Səhər evdən çıxanda uşaqları qohum evinə qoymuşdum. Nə yaxşı ki, uşaqlar evdə olmayıb.
Gəlib gördüm ki, divarların qalanı da uçub tökülüb.
İndi Internetdə Nadir Muradovun həbs olunduğunu xəbər verdilər. Kaş ki, bir də görəydim o, İslam düşmənini, deyərdim, bəs sən niyə tutuldun? Hicaba, İslama, Hüseyn aşiqlərinə bu qədər nifrətində səni kreslonda saxlaya bilmədi ay zavallı?
Həmişə yoldaşımın haqsız həbsini düşündükcə ağlıma gələn bu fikir mənə o qədər şükür etdirir. Şükür Allaha dindarlar Allahın dini üçün tutulduqlarına görə zindanda da şükür edirlər, digər siyasi məhbuslar da Allahın Haqq dediyi dəyər üçün tutulublar deyə, rahatdirlar. Nadir kimilər isə qarınları, cibləri üçün hər cür rəzillik etdiyinə görə tutulublar deyə, zəncirə bağlanmış itin Əli çatmadığı, kənara atılan sümüyə tərəf sürünüb zingildəməyini görmüsüz, bax əldə etdikləri indi onlardan kənara düşən sümük kimdir, əllərini uzadırlar, əlləri çatmır.
Mənim yoldaşım imanı, dini, əqidəsi üçün tutulub. Hamısı onunladı, özündədi, yanındadı. Bu dünyada izzətidir, o biri dünyada cənnəti.”
Arzu Abdulla Gülzaman
