MaraqlıPlanet

Afrikalılar Afrikanı qoruyur

Afrikalılar dünyada gedən qlobal iqlim dəyişikliyinə səbəb olan heç nə etməyiblər, amma onun fəlakətlərini yaşayırlar. Böyük Səhra sürətlə cənuba- savanna zonasına doğru hərəkət edir. Bunun qarşısını almaq üçün Afrikanın qərbindən – şərqinə doğru 8 min km məsafədə milyonlarla ağac əkməyi hədəfləyirlər.

Böyük Yaşıl Divar sadəcə ağac və bitki yetişdirməkdən daha çox Sahel bölgəsində milyonlarla insanın həyatını dəyişir, bitkilərin və heyvanların yaşamasına şərait yaradır.

Böyük Yaşıl Divar 2030-cu ilə qədər daha ədalətli və davamlı dünyaya nail olmağı hədəfləyən BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə (SDG kimi tanınır) mühüm töhfə verir.

Bu layihə təxminən 10 il ərzində Afrikanın 15% deqradasiyaya uğramış landşaft və torpaqlarını həyatı qaytarıb, ərzaq təhlükəsizliyini, iş yerlərini və orada yaşayan milyonlarla insana yaşamaq üçün bir səbəb ortaya qoyub.

“Böyük Yaşıl Divar” layihəsi hazırda deqradasiyaya uğramış 100 milyon hektar ərazini bərpa etmək, 2030-cu ilə qədər 250 milyon ton karbon tutmaq və 10 milyon yaşıl iş yeri yaratmaq məqsədini qarşısına qoyub.

 

Osman Eminov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Türkiyədə robot tələbələrə dərs deməyə başladı – Video

redaktor

Əsəblərimiz Yad Gəlir: Beynimiz Bizə Qarşı İşləyir? – Mütəxəssislərdən maraqlı yanaşma

redaktor

Niyə bəzən tənbəllik edirik?

redaktor