DünyaGündəmMuharibəSiyasət

Ukrayna ilə bağlı ümumi vəziyyət – Kamran Cəfərov

Pokrovskun işğal olunması qaçılmazdır. Hal-hazırda şəhərdə ağır döyüşlər gedir, Rusiyada hərbi texnikanın kəskin defisiti fonunda döyüşlərdə əsasən piyadalardan istifadə olunur və bu səbəbdən də Pokrovsk uğrunda gedən döyüşlərdə Rusiyanın ağlasığmaz itkiləri oldu: 120 min nəfər!

Amma əgər fikir vermisinizsə nə Tramp, nə də Ukraynanın ən yaxın müttəfiqləri olan Baltik və Şimali Avropa ölkələri Ukraynanın lokal ərazi itkiləri barədə şərh vermirlər.

Onlar prosesə qlobal miqyasda baxırlar.

Və qlobal mənzərə belə görünür ki:

– Rusiya üçün 3 günə bitirəcəyi düşündüyü müharibə 4 illik bataqlığa çevrildi;

– NATO vahid təhdid qarşısında diriliş dövrünü yaşayır və Avropa sürətlə silahlanır.

– Rusiyanın iqtisadiyyatı zərbə altındadır və o, qlobal bazarlarını itirir. Xüsusən də bu proses ABŞ və Aİ tərəfindən Trampın hakimiyyətə gəlməsindən bəri ilk dəfə birgə tətbiq olunan yeni sanksiyalardan sonra daha da güclənib və sürətlənib.

Cəbhə məsələsinə gəlincə:

Tramp Donbas dilemmasını həll edə bilmir, Rusiya onu “dondurma”dan əvvəl tam ələ keçirmək istəyir, Ukrayna isə döyüşsüz Donbası təslim etmək istəmir. Buna görə də Tramp dünən yeni müddət elan etdi: daha 2 ay.

Tramp ümid edir ki, Rusiya:

a) Bir az da ərazi baxımından “arzularını” təmin edəcək;

b) Daha çox zəifləyəcək, çünki sanksiyalar tətbiq olunur və Ukraynaya silah tədarükü davam edir.

Təbii ki, bu templə Rusiya iki ayda Kramatorska qədər irəliləyə bilməz (ehtimal 0%-dir) və nəticədə Tramp yenidən hansısa “yeni plan” düşünməyə məcbur qalacaq. Öz-özünə bu məsələ həll olunmayacaq, amma bu müharibə günü gündən Rusiyanı daha ağır hərbi-iqtisadi duruma salır və salmağa davam edəcəm və çıxış görünmür.

Kamran Cəfərov

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Bədən dili üzrə mütəxəssis məşhur fotonu şərh etdi

redaktor

“Şoyqu demək olar ki, meyitdir – yalnız kölgəsi hərəkət edir…”-Putinin çekist tələbə yoldaşı…

admin

Bayden dövründə ABŞ büdcəsi 500 milyard dollar itirib – İlon Mask

redaktor