General-mayor İfat Tomer-Yeruşalmi, İsrailin ilk qadın hərbi prokuroru və ölkədəki iki qadın generaldan biri, oktyabrın 31-də postundan istefa verdikdən sonra bu gün yoxa çıxıb. Onun istefasının səbəbi isə İsrail əsgərlərinin əsir fələstinlilərə qarşı törətdiyi zorakılıqlar barədə istintaq videomateriallarını yayması olub.
Vaxtilə bu materialların İsrail telekanallarının birində yayılması ciddi beynəlxalq rezonans doğurmuşdu. Sabiq xanım hərbi prokuror isə bir qədər sonra həmin materialların yayılmasına sanksiya verdiyini etiraf edərək, istefa vermişdi. Onun həmin materialları yaymaqda hansı motivi olduğunu deyə bilmərəm, amma…
Bir şeyi dəqiq deyə bilərəm ki, Tərtərdə öz ölkəsinin (daha doğrusu, bizim ölkəmizin) hərbçilərinə qarşı ağlasığmaz vəhşiliklər törədənlərin və həmin cinayətkarları himayə edənlərin hamısı bir yerdə bu qadının atılan dırnağı qədər də deyil.
Zakir Həsənov, Nəcməddin Sadıkov, Kərim Vəliyev, Zakir Qaralov, Rüstəm Usubov, Ramil Usubov, Mədət Quliyev, Hikmət Həsənov, Xanlar Vəliyev, Şəfahət İmranov, Kamran Əliyev, Mais Bərxudarov və digər bütün Tərtər qatilləri, sizi deyirəm! Bu qadın sizdən min dəfə ləyaqətli hərəkət edib.
