DünyaMaraqlı

Qorxunun verdiyi həzz və ya Halloween niyə bütün dünyaya yayılır?

Halloweenin qlobal miqyasda populyarlaşması insan psixologiyasındakı “təhlükəsiz qorxu” mexanizmi ilə əlaqəlidir. İnsan beyni real təhlükə olmadan qorxunu yaşadıqda dopamin ifraz edir, bu da həzz hissi yaradır. Maskalanma sosial qaydalardan azadlıq, gizli şəxsiyyətin ifadəsi və emosional boşalma imkanı verir. Kütləvi qorxu atmosferi isə kollektiv katarsis yaradır, insanlar birgə qorxub, birgə rahatlayırlar. Məhz bu səbəbdən Halloween təkcə qərbin deyil, bütün dünyanın sevdiyi psixoloji oyun halına gəlib.

Azərbaycanda da buna bənzər ənənə Qodu-qodu mərasimində yaşamaqdadır. Novruz öncəsi uşaqlar qapı-qapı gəzib mahnılar oxuyur, pay toplayır, bir uşaq da “Qodu” obrazında maskalanır. Bu mərasim qışın bitib baharın gəlməsini, bərəkət və birliyi simvolizə edir. Beləcə, Qodu-qodu da Halloween kimi insanların kollektiv emosiyalarını paylaşdığı qədim psixoloji ritualdır.

Bəs siz Halloween qeyd edirsiniz?(Neondertal)

 

Tacxeber.com

Oxşar xəbərlər

“Qrenlandiya satılmır!” – ABŞ-yə belə cavab verdilər

redaktor

Ukrayna: Rusiya ordusuna güclü zərbə endirildi

redaktor

Türkiyədə gənə KABUSU – Ölənlərin sayı 11-ə çatdı

redaktor