CəmiyyətDünya

Burada Van Qoqun rəsminə baxıb rahatlıq tapan yox, kommunal borca baxıb stressə düşən insanlar yaşayır.

Bugünlərdə bir yazı oxudum. Sən demə, sənət əsərlərinin orijinalını yaxından görmək stressi azaldır, immuniteti gücləndirirmiş.

Bunu təcrübədən keçiriblər və bu təcrübədə 18–40 yaş aralığında 50  şəxs iştirak edib. Daha sonra bu adamlar tibbi müayinədən keçib. Orijinal əsərlərə baxan iştirakçılarda ürək döyüntüsünün dəyişkənliyi artıb və dəri temperaturu azalıb.

İştirakçılar Anri de Tuluz-Lotrekin, Eduard Manenin, Vincent van Qoqun və Pol Qogenin əsərlərinə baxıblar.

Qısası, elmi baxımdan sübut olunub ki, sənət əsərlərinə baxmaq yalnız mənəvi rahatlıq deyil, həm də fiziki sağlamlıq bəxş edir.

Bu yazını oxuduqdan sonra ölkəmizdəki mənzərəni göz önündə canlandırdım. Yəqin ki, bizim camaatın 99 faizi belə zövqlərdən çoxdan məhrum olub. Bu ölkədə Manenin tablosuna baxıb zövq alanlar yox, qaz sayğacına baxıb stress olanlar əksəriyyət təşkil edir.

Van Qoqun rəsminə baxıb feyziyab olmaq heç kimin daxili tələbatı deyil, baha və keyfiyyətsiz qidalardan “feyziyab” olmaq daha əlçatandır.
Ümumiyyətlə, “mədəni istirahət” anlayışı həyat rasionundan itkin düşüb. Birinə “rəsm qalareyasına gedək”, “simfonik musiqi dinləyək” desən, “sənin başqa işin yoxdur”, “bekarsan ey” cavabı alarsan.

Mədə tələbatı o qədər aktual olub ki, mədəni tələbat sıfırlanıb.
Əgər insan ömrü boyu 1 dəfə tamaşaya, konsertə, rəsm qalareyasına, kitab sərgisinə getmək ehtiyacı hiss etmirsə, deməli, mənəvi repressiyanın qurbanıdır.

Bizim ölkəmizdə bütün istiqamətlərdən insana verilən mesaj və məcburiyyət budur ki, fərasətin olsun pul qazan, ac qalmamaq üçün savaş.
Məsələn, Universiteti bitirib, iş axtaran adama “3-5 il təcrübən olmalıdır” tələbi qoyulur və heç kim izah etmir ki, bu təcrübəni harada qazanmalıdır.
Bu da sistemin “sənət əsəri” dir və “orjinal” dan baxıb, infarkt oluruq.

O qədər çatışmazlıqlar var ki, bilmirsən “təmir”ə haradan başlayasan.

 

İlham Hüseyin

Tacxeber.com

Oxşar xəbərlər

Afrikalılar niyə digər qitələrdəki insanlardan daha sürətli qaçırlar?

redaktor

Beynəlxalq Olimpiya Komitəsindən Rusiya və Belarus idmançılarına “yaşıl işıq”

admin

Rusiyanın 3 hərbi bazası və silah anbarları VURULDU

redaktor