İran prezidenti Məsud Pezeşkian bildirib ki, ölkə ABŞ və İsrailin bombardmanları nəticəsində dağıdılan nüvə obyektlərini bərpa edəcək.
İran liderinin sözlərinə görə, infrastrukturun dağıdılması ölkənin nüvə proqramının inkişafını dayandırmayacaq. “Elmi biliklər alimlərimizin beynindədir və binaların, fabriklərin dağıdılması bizim üçün problem yaratmayacaq. Biz bu binaları yenidən tikəcəyik və onların imkanları daha böyük olacaq”, – Pezeşkian bildirib.
Prezidentin bəyanatı İran administrasiyasının rəsmi Telegram kanalında dərc olunub.
