Müğənni Vlada Axundovanın ölümü ilə bağlı yeni təfərrüat məlum olub.
Belə ki, hadisə ötən gün olub. Vlada Axundova sərnişin kimi mindiyi “Toyota” markalı, 01-CH-477 dövlət nömrə nişanlı avtomobildən enərkən arxadan gələn 2002-ci təvəllüdlü Seyfulla Mehdizadənin idarə etdiyi “Hyundai Elantra” markalı 77-SJ-148 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi onu vurub.
Müğənni aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Allah rəhmət etsin.
