13 C
Bakı
24 Mart 2026 19:22
CəmiyyətKriminal

Zabil Qəhrəmanova azadlıq tələb etmək – vicdan borcumuzdur.

Nərmin Quliyevanın qatili (buna inanan adam, yəqin ki, şaxta babaya da inanar) olaraq qələmə verilən İlkin Süleymanovun vəkili şərlənib həbs edildi.

Ölkədə onsuz da yeddidən yetmiş yeddiyə ağlı başında olan heç kim ədalətə inanmır. İynənin ucu boyda etibarları qalmışdısa da, yanvardakı İmişli hadisələri, Elgünün müəmmalı qətli və onlarla belə üstü açılmamış uşaq ölümləri o etibarı da yerlə-yeksan edib.

Mənim ən çox narahat olduğum məsələ “ictimai reaksiya” deyilən şeyin tədricən öləziməsi, hər şeyin adiləşməsi və əxlaqi keyləşmədir. Bir toplum ancaq belə əxlaqsızlaşdırıla, bu cür sındırıla bilər.

Qorxuram, bir müddət sonra bu tip hadisələrə heç kimin tükü tərpənməsin. Kiminsə balasını aradan götürüb ocağını söndürəndə ruh kimi ortalıqda gəzən, xirtdəyinə kimi borcun, kreditin içində üzən rəiyyət yazıq-yazıq baxsın və çiynini çəkib yoluna davam etsin. Onda, yəqin ki, ölkə olaraq təmiz tənəzzül edəcəyik.

Mən, bir vətəndaş kimi, Zabil Qəhrəmanova azadlıq tələb edirəm.

 

Ramazan Tağıyev

Tacxeber.com

Oxşar xəbərlər

“Whatsapp Plus” artıq işləməyəcək

redaktor

Aqşin tez-tez bayılır, qanı laxtalanır – Anası

redaktor

“Şərurlu İsfəndiyar”: “Yaşımla əlaqədar hiddətlənib bir-iki cümlə demişəm”

redaktor