Rusiyada il boyu hərbi səfərlik qərarı verilib. Bu o deməkdir ki, Kreml Ukraynadakı müharibəni uzun müddətə davam etdirmək niyyətindədir.
Yeri gəlmişkən, Budapeşt sammitinin ləğvindən sonra Putin nümayəndəsi Kiril Dmitriyevi Vaşinqtona hədiyyə ilə göndərmişdi. Hədiyyə şokolad qutusu idi. Qutunun üz qapağında Putinin fotosu ilə “Великие слова великого человека” – “böyük adamdan dahiyanə sitat” yazılmışd: “Rusiya ilə güc diliylə danışmaq mənasızdır”. Şokoladların hər birinin kağızında da “dahi” rəhbərdən sitatlar var idi. Məsələn:
– Rusiya elə bir ölkədir ki, heç nədən qorxmur.
– Rusyanın sərhədləri heç yerdə bitmir.
– Əgər dava qaçılmazdırsa vurmağa birinci başlamalısan.
– Biz zamanın istənilən çasğırışını qəbul etməyə və qalib gəlməyə hazırıq.
– Lazım olsa biz özümüz kimi lazımdırsa ağıllandıra bilərik.
– Dişlərin seyrəldikcə sıyığı bir o qədər bəyənirsən.
– Terrorçuları bağışlamaq allahın işidir, mənim işim onları onun yanına göndərməkdir.
– Rusiya qəzəblənmir, Rusiya diqqətini toplayır.
– Haqqınızın çatmadığına başınıza dəyənəklə cavab alarsız.
– Adamın təəccüblənməsi tükənəndə qəbristanlığa getmək vaxtı gəlir.
– Dünya dəyişir və həmişə gözün orda-burda olub tumanını başına çəkmək yaxşı məşğuliyyət deyil.
– Qanuna həmişə əməl etmək lazımdır, bir yerindən yapışanda gec olur.
Və s. Şokoladlar çoxdur, dahiyanə fikirlər də çoxdur.
Göründüyü kimi, sitat nə qədər bol olsa basılmaz vətən. Biz tərəflərdə belə məsəl var: zibil altda qalır, amma dil altda qalmır.
Bu o deməkdir ki, Putin Trampdan qorxmadığını və onunla oynaya bildiyini açıq şəkildə nümayiş etdirir. Bu, o zaman baş verdi ki, Putin öz istəyinə uyğun olaraq müharibə gedişatında danışıqlar ideyasını Trampa onu tərifləyə-tərifləyə qəbul etdirdi və status-kvo-nu saxlamaq üçün danışıqlar mövzusu ilə manipulyasiya edərək diplomatik üstünlük əldə etdi.
Putin Sankt-Peterburq küçələrinin ona öyrətdiyi blef davranışını özü ilə siyasətə gətirməklə ayaqda dura bilir.
O, təkcə sözlə oynamır, həm də sözlə sarı simə guya toxunmaqla qeyri-ixtiyari etiraflar da edir. Rusiya ordusunun əsgərinin yumruğundan tutaraq qulağına oxuyur:
– Bax, sən babanın Böyük Vətən müharibəsində necə döyüşdüyünü bilmirsən, amma özün də baban kimi döyüşürsən.
– Çalışıram.
– Bu, nədən xəbər verir? Bu, bizim genimizdədir, başa düşürsüz?
Bəli, başa düşürük, tarixə yazılası diaqnozunuz var.
