GündəmSiyasət

Azərbaycanda jurnalisti ancaq və ancaq həqiqəti söylədiyinə görə zindana atırlar.

“Hürriyyət” qəzetinin, “Hurriyyet.az” saytının və “Hurriyyet TV”-nin rəhbəri Vüqar Məmmədov (Tofiqoğlu) Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub. Niyə? Azərbaycanda jurnalisti ancaq və ancaq həqiqəti söylədiyinə görə zindana atırlar.

Əlbəttə, söhbət reketlərdən yox, həqiqi jurnalistlərdən gedir.

Vüqar bəy tele-çıxışlarında tez-tez mənim yazılarımdan istifadə edirdi. Mümkün qədər obyektiv olmağa çalışırdı. Qarşı tərəfə də məsələyə münasibət bildirməyə şərait yaradırdı…

Belə jurnalistlərə isə bizim iqtidarın patoloji nifrəti var. Artıq həbsxanalarda jurnalist əlindən tərpənmək olmur. 30 nəfərdən çox jurnalisti şərləyib tutublar. Azərbaycan naminə sözə namusla xidmət edənləri peşman etmək istəyirlər…

Mən sayı 400 nəfərə çatan bütün siyasi məhbuslara, o cümlədən jurnalist həmkarlarıma azadlıq tələb edirəm.

Azərbaycanda tüğyan edən bu özbaşınalığa qəti etirazımı bildirirəm…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Polşa Zelenskini Ukraynada milli panteon yaratdığına görə tənqid etdi

redaktor

ABŞ Dohada gözlədi, İran gəlmədi

redaktor

İranda Xameneinin tək bir sözünə görə parçalanma yaranıb

redaktor