Putinin “Burevestnik” və “Poseydon” raketləri haqqında bəyanatından sonra- Tramp nüvə silahlarının dərhal sınaqdan keçirilməsi barədə Pentaqona əmr verib.
Bu qərarı haqqında prezident Truth Social hesabında yazıb.
-“Çox böyük dağıdıcı gücünə görə mən bunu etmək istəmirdim, amma mənim başqa seçimim olmadı. Rusiya nüvə başlıqlarının sayına görə ikinci yerdə gəlir, Çin isə uzaq üçüncü yerdə, amma 5 ildən sonra onlar bərabərləşəcəklər” – Tramp qeyd edib.
-26 oktyabrda putin nüvə başlıqlı qitələrarası “Burevestnik” raketinin sınaqdan keçirilməsi haqqında məlumat verib, diktatorun bəyanatı bununla bitməyib, ardınsa “Poseydon” su altı nüvə torpedosunun uğurla sınaqdan keçirildiyini bildirib.
-Rus təbliğatçılarına görə “Poseydon” ABŞ-ın sahilboyu şəhərlərini radioaktiv sunami ilə yer üzərindən silməyə qadirdir.
