DünyaSiyasət

Zelenski Lukaşenkoya şərt qoyub

Ukrayna prezidenti Vladimir Zelenski müharibənin Ukrayna üçün müsbət nəticə verəcəyi təqdirdə, üçtərəfli görüşdə iştirak etməyə hazır olduğunu bildirib.

Tacxeber.com xəbər verir ki, Lb.ua-nın verdiyi məlumata görə, brifinq zamanı Zelenski vurğulayıb ki, onun üçün önəmli olan danışıqların formatı və yeri deyil, onların nəticəsidir:

“Cənab Vitkoffla Parisdə danışanda mən dedim ki, məsələ Macarıstanda deyil, onun rəhbəridir, o, Ukrayna üçün hər şeyi əngəlləyir. Nəticələr olarsa, elə də olsun, danışıqlar istənilən yerdə aparılsın”, – o qeyd edib.

O əlavə edib ki, Kiyev müharibəni dayandırmağa kömək edəcəyi təqdirdə görüşə hazırdır:

“Əgər üçtərəfli görüş müharibənin sona çatması ilə bağlıdırsa, biz hər yerə getməyə hazırıq. Sadəcə Rusiya və ya Belarusda deyil”.

 

Tacxeber.com

Oxşar xəbərlər

İsrail Prezidenti tarixdə ilk dəfə Bəhreynə səfərə getdi

redaktor

Bayden icazə verdi: Bu silahlarla Rusiya vurulsun!

admin

Absurd, yoxsa qələbə – NATO sammitində Ukrayna nə qazandı?

admin