Kurslarımıza yeni gəlmiş tələbə ilə ilk dərslərdəyik. Maşınımızın qabaģında yolu biabırçıcasına keçən növbəti piyada peyda olur.
“Ehtiyatlı ol – yolumuzda “mandarin” var!” – deyə səsimi qaldırıram. Tələbə tormoza basır və tərbiyəsiz piyada qəzadan son anda qurtulur. Tələbə təəccüblə mənə baxır: “Axı niyə məhz mandarin?”
Məcbur olub onu başa salıram: ” Tutaq ki, sən qaydaları kobud surətdə pozan piyadanı vurdun. Öldürmədin, amma o yüngül də olsa, xəsarət aldı və xəstəxanalıq oldu. 10 haldan 9-unda sən şantajla üz-üzə qalacaqsan. “Dərmanımı al…həkimlərin pulunu ver…iş qabiliyyətimi itirmişəm…3000 ver…indi də 5000 ver…və s.”
Ən əsası isə, “hər gələndə mənə 5 kilo mandarin gətir!” -deyəcək.
Bezəcəksən…həyatına nifrət edəcəksən…sükan arxasına oturduģun günə lənət oxuyacaqsan…”
Uzun sözün qısası, illər sonra belə, mandarin görəndə əsəbindən tir-tir əsəcəksən! Mandarinə nifrət edəcəksən, axı o sənin yadına əzablı günlərini yada salacaq. Qulaģında təkrar-təkrar səslənəcək: ” 5000 min də ver…gələndə də 5 kilo mandarin gətir!”
Bax ona görə – qayda pozan piyada – potensial “mandarin” görən kimi tormoz pedalına keç – özünü günahsız olduģun halda başına gələ biləcək problemlərdən qoru!
Hörmətli izləyici – sürücü! Sən də özünü qoru – şəhərimiz, yolları biabırçıcasına keçən “mandarin”lərlə doludur!
