CəmiyyətGündəm

Seçim haqqını əlindən almaq təkcə ədalətsizlik yox, insan haqlarına zidd davranışdır.

Hamı bilir ki, aeroportda Taksi xidmətinin süni şəkildə bahalaşdırılması, digər taksilərin ordan sifariş götürməyə imkan verilməməsi, sərnişinlərə seçim haqqının tanınmaması nəyinki əxlaqa, bir başa İnsan haqlarına da zidd və absurd qərardı.

Hamımızın sevimlisi ilkin Həsənli də bu qərarı Bəh Bəhləyən video çəkib, videonun ya AYNA’nın ya da Hava Limanının sifarişi olduğu açıq aşkar görünür. Şərhdə də insanlar hamısı tənqid edir.

Hörmət bəslədiyim insanların, pula görə səhv bir qərar haqında reklam xarakterli video çəkib o qərarı dəstəkləməyi məni məyus edir. Şabanın bir kinosu var, Xalq Şabana o qədər inanır ki, onun hər reklam etdiyi məhsul ölkədə ən çox satılan məhsul olur, işbazlar Şabandan istifadə edib zərərli məhsullar da reklam etdirirlər və xalq Şabana inandığı üçün onları da alır. Sonra xalq Şabanın belə etdiyini bilib deyir ki, “Axı biz kasıblar sənə inanmışdıq, güvənmişdik, niyə bizi pula görə aldatdın?!” – İlkinin o videosunu görəndə bu kadrlar yadıma düşdü.

Dəfələrlə olub, Banklardan, Mərc oyunlarından pulnan status paylaşmaq təklif olunub amma etməmişəm, çünki vaxtilə tənqid etdiyim bank olub, bəyənmədiyim şeyi necə insanlara təklif etmək olar ?!

Haldun Novruzzadə

 

Tacxeber.com

Oxşar xəbərlər

Kamran Həsənli sədr müavini oldu

redaktor

“Özünü qurban verdin, günahkarları tapdın” – Kapitanın qızı

redaktor

Hacı Şahinin son çıxışı – VİDEO

redaktor