CəmiyyətGündəm

İslahat yoxsa üsyan?

Hiss edirsiniz sosial şəbəkələrdə narazıçılıq getdikcə artır?

Əvvəllər sosial mövzuda yazdığımız problemlərə ya diqqət edən yox idi, ya da gəlib höküməti, İlham Əliyevi tərifləyirdilər. İndi isə tam əksidir. Ölkədə iqtisadi-sosial problemlərə aid nəsə bir video, mətn paylaşırsan yüzlərlə dostluğumuzda olmayan vətəndaşlarımız yaşayışından 5-10 cümləlik etiraz şərhi yazırlar.

Artıq həqiqətən də Azərbaycanda yaşamaq dözülməz hal alır. Bu isə artıq insanların getdikcə hansısa formada narazılıqlarını körükləyir.

Azadlığımız isə öz əlimizdədir. Bu say heç olmasa, sosial şəbəkələr üzərindən bu tendensiya ilə artmağa, çoxalmağa davam etsə, Azərbaycan höküməti ya addımlar atmaq məcbiriyyətində qalacaq, ya bu narazıçılıq sel olub meydanları, küçələri öz ağuşuna alacaq.

Çünki ciddən insanlar cana doyublar. Müharibədən sonra hər şeyin yaxşı olacağını gözləyən Azərbaycan xalqı müharibədən öncəki dövrdən daha ağır sosial-iqtisadi fəlakətə mübtəla edilib.

Sanki Qarabağda göstərdiyi şücaətin əvəzini çıxırlar bu xalqdan. Necə ki, 2016-cı il aprel döyüşlərindən sonra ordumuza qarşı Tərtər qətliyamını törətdilər.

Allah xalqmıza kömək olsun. Ona sosial şəbəkələrdə öz etirazını yazılı, video şəkilində paylaşmağa güc versin.

Biz etiraz etməsək, bizim əvəzimizdən bunu heç kim etməyəcək. Güc birlikdədir.

Etiraz edin, barışmayın!

 

Qulu Məmmədli

Tacxeber.com

Oxşar xəbərlər

Belarusdakı “Vaqner” düşərgəsinin yeni peyk şəkilləri dərc olunub

admin

“Ölüm xəbərimə çox güldüm, bir az şişirtmişdilər”

admin

Sənədsiz evlərə qadağa bahalaşma yaratdı – Belə getsə, Bakıda yaşamaq mümkünsüz olacaq.

admin