11 C
Bakı
23 Mart 2026 23:34
CəmiyyətGündəmSiyasət

Azərbaycanda generallar o qədər təmizdirlər ki, onların ətəyində namaz qılmaq da savab sayılar. (İronik yazı)

Bir xanım yazıb ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevin biznes imperiyası var. Filan obyektinə 50 milyon manat sərmayə qoyub. Təsəvvür edirsiz? Əlbəttə, o xanım müxalifətçidir. Yalan danışır. Axı Azərbaycanın generalı necə rüşvət hesabına biznes imperiyası qura bilər? General rüşvət alar? Yox, canım. General alsa-alsa, xalqın qadasın alar, başına dolanar…

Ümumiyyətlə, Azərbaycanda biznes imperiyası yoxdur. Bizdə qanunun aliliyi prinsipi hər şeydən üstündür. Məmurlarımız da istisnasız olaraq maaşla dolanırlar. Hələ öz maaşlarından da kasıblara əl tuturlar. Yəni o qədər humanistdirlər.

Bizim məmurlar, ələlxüsus generallar niyə rüşvət almırlar? Çünki rüşvət almaq binamusluq, şərəfsizlik, alçaqlıq əlamətidir. Bizimkilər isə, şükür Allahın birliyiniə, hamısı namuslu adamlardır. Onlar binamus iş görməzlər…

Düz demirəm? Ona görə də müxalifətçi xanımlara da, bəylərə də inanmayın. Azərbaycanın ləyaqətli məmurlarına, oliqarxlarına, generallarına… inanın. Onlar o qədər təmizdirlər ki, onların ətəyində namaz da qılmaq olar…

 

Elbeyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Benqal körfəzinin geosiyasi əhəmiyyəti: Hindistanın “cücə boğazı”na qarşı Çinin Malakka boğazı

admin

Türkiyəni qoyub, Omanı seçən İranın danışıqlar uğursuzluğu…

redaktor

ABŞ-ın Bakıdakı səfirliyində 11 sentyabr terroru qurbanlarının xatirəsi yad edilib

redaktor