CəmiyyətGündəmQalmaqal

Ölkədə biabırçılıq bitmir ki, bitmir. Bu tərəfdən tutursan, o tərəfi dağılır.

Deməli xəbər çıxıb ki, azərbaycanlı professoru “Avropa Təbiət Elmləri Akademiyası” adlı bir təşkilat “Avropada ilin elm adamı” seçib, ordenlə təltif edib. Üstəlik deyib ki, “səni Nobel mükafatına namizəd göstərmişik”. AMEA prezidenti İsa Həbibbəyli, təhsil naziri Emin Əmrullayev başda olmaqla elm adamları da təltifetmə mərasimində iştirak ediblər.

İndi ortaya çıxıb ki, adı çəkilən “Avropa Təbiət Elmləri Akademiyası” haqqında heç bir mötəbər mənbədə məlumat yoxdur. Üstəlik təşkilat cəmi bir il əvvəl Çində ciddi qalmaqala səbəb olub. 35 yaşlı bir alimə “akademik” adı veriblər. Çinlilər də araşdırıblar ki, görsünlər bu təşkilat nədir nəçidir. Ortaya çıxıb ki, adamlar sadəcə pul qarşılığında üzvlük, orden və medal satan təşkilatdır. Hətta 24.900 dollar ödəməklə bu Akademiyaya üzv ola bilərsiniz. Hətta adamlar təşkilatın Hannoverdəki ofisinə də gediblər. Görüblər ki, ofis filan da yoxdur ortada.

Yəni Akademiya filan boş söhbətdir, təşkilat elm adamları və biznesmenlərə pul qarşılığında fəxri ad, diplom, medal filan verən ictimai təşkilatdır. Adamı yandıran o böyüklükdə Vaşinqton Universiteti məzunu təhsil nazirinin belə işlərə alət olmalıdır. İsa Həbibbəylinin başını buraxın, o heç.

Üstəlik bu “akademiyanın” Azərbaycandan olan üzvləri sırasında kimlər olsa yaxşıdır? deputat Səttar Möhbalıyev, professor Yaqub Mahmudov, keçmiş ombudsman Elmira Axundova, Ağsaqqallar Şurasının sədri Eldar Quliyev. Siyahıda hələ çox adam var…

Qardaş, çox sadə məntiq var da, bu necə “Avropa Təbiət Elmləri Akademiyası”-dır ki, heç bir Qərbi Avropa ölkəsində xidmət göstərmir. Əhatə dairəsi Azərbaycan, Qazaxıstan, Şimali Qafqaz, Ukrayna filandır. Belə ciddi təşkilatdırsa, “Göte medalı”-nı bir alman və ya amerikan elm adamına verərdi də? Bu suallar bir mənimi narahat edir yəni?

Bu necə ciddi təbiət elmləri akademiyasıdır ki, azərbaycanlı jurnalist oranın həqiqi üzvü ola bilir?

Hər şey bir kənara haqqında bu cür iddia olan bir təşkilatla rəsmi səviyyədə əməkdaşlıq, yoxlamadan, əmin olmadan orden, medal, üzvlük məsələsi, nə bilim, dəhşətdir sadəcə…

 

Araz Əliyev

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Yeni hücum olacaq: Ukrayna sağ qalacaqmı?

redaktor

Həbsdə olan siyasi məhbus – jurnalist Nurlan Libredən məktub

admin

Həbs olunmuş Abzas Mediaçı jurnalistlərin məhkəmədə son sözlərindən seçmələr

admin