Putinin Ukraynada istifadə elədiyi silahlar bitib. Əlində son qalan silah Nüvədir. Onu da tətbiq edə bilməz.
ABŞ səbrlə, tədricən Ukraynanı hər dəfə yeni silahlarla təmin elədi. Rusiya isə getdikcə bu silahlara cavab verəcək silah tapmaqda zorlandı. Son dronlar isə İran istehsalı idi.
Həm canlı qüvvə, həm iqtisadi-maliyyə baxımından, həm də son texnologiyaya sahib silah baxımından Rusiya tükənib. ABŞ növbəti Tomahawk raketini Ukraynaya verəcəyini deməklə Rusiyanı növbəti dəfə imtahana çəkmək istədi.
Putin bu “imtahan”dan imtina etmək üçün Trumpa görüş təklif etməklə Ukraynada məğlubiyyətinin anonsunu, etirafını vermiş oldu və son şansdan yararlanmaq istəyir. Rusiyanın Tomahawk silahına cavab verəcək gücü yoxdur.
Jurnalistin Trumpa – “Sizə elə gəlmir ki, Putin növbəti dəfə vaxt udmaq üçün, Sizi aldadır (dolayır)? Trump cavab verir ki, ola bilər. Amma mənim bu barədə təcrübəm çoxdur. Güman edirəm ki, o bu dəfə müharibəni dayandırmaq istəyir.
Yəqin ki, Putinin görüş üçün müraciət tonu Trumpı bu fikirə salıb. Putin bu dəfə nələrisə güzəşt etməyə hazır olacaq, amma tam inanmıram. Bu da o deməkdir ki, müharibə qısa fasilədən sonra Tomahawk silahı ilə davam edəcək və etməlidir.
Rusiya bir maneə olaraq tamamilə aradan qaldırılmalıdır. Əks halda müharibələr çox uzanacaq.
Slava Ukraine
