GündəmSiyasət

“Yaramazlar dövləti”: Niyə xalq deyil, oğrular qorunur?

Vasif Talıbov düz 27 il (1995-2022) Naxçıvan camaatının anasını ağlatdı. Bu müddət ərzində İlham Əliyev onu “Şöhrət” və “Şərəf” ordeni ilə təltif etdi. Sonra rəsmi şəkildə etiraf olundu ki, Vasif Talıbov şöhrətlik və şərəflik bir iş görməyib. Əksinə, xalqın qanını içib.

Axırı nə oldu. Heç zad. İlham Əliyev qohumu olan və Azərbaycanın milyardlarını yeyən Vasif Talıbov və onun cinayətkar uşaqlarını qeyri-rəsmi şəkildə əfv etdi. İndi də Talıbovlar kef edirlər. Niyə? Çünki İlham Əliyev belə istəyir. Azərbaycanda qanunlar yox, İlham Əliyevin əhval-ruhiyyəsi, istək və arzuları önəmlidir.

Vasif Talıbovdan sonra Naxçıvan camaatı haqlı olaraq ümid edirdi ki, onun yerinə gələn Fuad Nəcəfli keçmişdə yaşanan zülmü, zilləti tezliklə unutduracaq. Ancaq Mehriban Əliyevanın xeyri-duası ilə yuxarı başa keçən Fuad Nəcəfli Naxçıvan əhlini o dərəcə də məyus etdi ki, indi Naxçıvan Vasif Talıbovun həsrətini çəkirlər…

Başqa sözlə desək, bir yaramaz getdi, onun yerinə daha yaramaz gəldi. Bunlar xalqı ələ salıblar, dolayıblar? Bilmirəm. Hər nədirsə, bu, çox əcaib işdir…

Ondan əvvəl Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri olan Eldar Mahmudovu (2004-2015) törətdiyi sysız-hesabsız cinayətlərinə görə ev dustağı etdilər. İlham Əliyev onun da həbsinə razılıq vermədi…

Belə nümunələr az deyil. İndi də Ramiz Mehdiyevi həbs etməyə tələsmirlər.

Nə bilim, vallah. Mat qalmalı işdir. Azərbaycanın anasını ağlar qoyanları İlham Əliyev nədən himayə edir? Bu suala məntiqə əsaslanan cavab tapmaq çətindir…

Deməli, İlham Əliyev Azərbaycanın milyardlarını oğurlayan oliqarx məmurları həbsinə icazə vermir. Ancaq Azərbaycanı oğrulardan müdafiə etmək istəyənləri şər-böhtan yolu ilə topa-topa tutub zindana doldurur. Oğruları azadlıqda saxlayır, doğruları isə azadlıqdam məhrum edir. Niyə?

Təbii ki, bu kimi suallar təkcə məni düşündürmür. Etiraf edək ki, proseslərin bu cür getməsi xalq arasında qəzəb hissi doğurur. Hər şey bir tərəfə, axı sən prezidentsən. Niyə öz nüfuzunu belə yaramazlara görə zərbə altında qoyursan?..

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Bloomberg: Tramp seçkidə qalib gələrsə, Aİ-yə qarşı cəza tədbirləri görəcək

admin

“Türkiyə ilə sərhədlərin açılması azad bazar üçün çox vacibdir…”-Katolikosun Vatikandakı nümayəndəsi

admin

“Düşmən bu addımı atmadan düşünməli olacaq” – Türkiyə ilə şok anlaşma.

admin