8 C
Bakı
09 Fevral 2026 15:13
CəmiyyətKriminal

Saleh Səmədovun oğlu da vəzifəsindən azad edildi

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun ikinci oğlu da vəzifəsindən uzaqlaşdırılıb.

Tacxeber.com bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, bu barədə müvafiq əmr imzalanıb.

Toğrul Səmədov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsindən azad edilib. Onun ədliyyə orqanlarında qulluq keçməsinə fəaliyyətində aşkar edilmiş nöqsanlarla əlaqədar xitam verilib.

Qeyd edək ki, Saleh Səmədov Faşizm üzərində Qələbə Günü-9 Mayda keçirilən tədbirdə SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan “Georgi lenti” ilə çıxış etdiyi üçün tənqid olunmuşdu. Onun bu davranışı Şuranın adına xələl gətirdiyindən Səmədov Azərbaycan Ağsaqqallar Şurasının üzvlüyündən çıxarılıb.

İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini işləyən oğlu Kamran Səmədov da bir müddət əvvəl vəzifəsindən azad edilib.

Saleh Səmədov özü isə beş ay əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mənimsəmə ittihamı ilə həbs edilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Möhyəddin Orucovun atası: “Qarabağda canımızı qoyuruq, evə gələndə görürük ki, uşaqlarımızı şərləyib həbsə salırlar”

admin

“Hökumət problemləri görmək, analiz etmək, səbəbləri aradan qaldırmaq istəmir, və ya ….” – Natiq Cəfərli

admin

Bunu etməsəniz, qızılca çox təhlükəli olacaq! – Rəşid Mahmudovdan xəbərdarlıq

redaktor